İnari Okami — Şintoizm dinində ən tanınmış tanrılardan biri. O tülkü, məhsuldarlıq, düyü, kənd təsərrüfatı, çay, rifah tanrısı hesab olunur. İnari Okaminin kökləri qədim Yaponiyaya qədər uzanır. İlk vaxtlar o, yalnız kənd təsərrüfatı tanrısı hesab olunsa da, zaman keçdikcə əhatə dairəsi genişlənmişdir.

Tarixi İnariyə ibadətinin kökləri tam olaraq məlum deyil, lakin dəlillər göstərir ki, bu ibadət eramızın 5-ci əsrinə qədər başlamışdır. Bəzi alimlərin fikrincə İnariyə ibadət 711-ci ildə, Kyotodaki İnari Dağında "Fushimi İnari Məbədi"nin qurulması ilə başlamışdır. Heyan dövründə (794–1185), İnari geniş yayıldı və Yaponiyanın hər yerində məbədlər inşa edilməyə başlandı. İmperator Suzaku, 942-ci ildə İnariyə üsyanları yatırmasına kömək etdiyi üçün yüksək rütbə vermişdi. İnarinin "Shingon" Budizmi ilə əlaqəsi də bu dövrdə dərinləşmişdi. Orta dövr (1185–1600) ərzində İnarinin populyarlığı davam edirdi. İnari məbədləri, ticarət bölgələrinin yaxınlığında və hətta feodal ağalarının (daimyōs) mülklərində inşa edildiyindən, ona inananların sayı da sürətlə artdı.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə mifoloji personajlar Kateqoriya:Yaponiya qaralamaları Kateqoriya:Yaponiya ilahələri Kateqoriya:İnari kultu Kateqoriya:Şintoizm Kateqoriya:Bərəkət ilahları Kateqoriya: Tibb və sağlamlıq ilahları Kateqoriya:Heyvan tanrılar Kateqoriya:Tibb və sağlamlıq ilahələri Kateqoriya:Qida ilahları Kateqoriya:Ticarət ilahları