Bu sindrom Gasto-Geşvind sindromu və ya Vaksman-Geşvind sindromu () adı ilə də tanınır. Bu gicgah epilepsiyası (temporal epilepsiya) olan insanlarda müşahidə olunan davranışlar toplusudur. Sindromun adı bu simptomları ilk dəfə təsnif edən Norman Geşvind (1973–1984-cü illər arasında bu mövzuda çoxsaylı məqalələr dərc etdirmişdir) və Stiven Vaksmanın şərəfinə qoyulmuşdur.
Bu sindromun həqiqi bir nevro-psixiatrik pozuntu olduğu mübahisəli mövzudur. Gicgah epilepsiyası xroniki, yüngül, şəxsiyyət dəyişikliklərinə səbəb olur. Bu dəyişikliklər tədricən daha da artır. Geşvind sindromunun beş əsas xüsusiyyəti aşağıdakılardır: Hiperqrafiya – daim yazmaq ehtiyacı, çoxlu miqdarda yazı yazmaq. Hiperdindarlıq (hiperreligiozluq) – dini məsələlərə qarşı həddindən artıq maraq və bağlılıq. Qeyri-tipik cinsi istək – cinsi marağın az olması. Ətraflılıq – danışıqda və ya fikirlərin ifadəsində həddindən artıq təfərrüata varmaq. Zənginləşmiş psixi həyat – daxili emosional və düşüncə dünyasının dərinləşməsi. Diaqnozun qoyulması üçün bu simptomların hamısının mövcud olması vacib deyildir. Adi və ya gicgah epilepsiyasından əziyyət çəkən müəyyən şəxslərdə bu sindromun əlamətləri müşahidə olunur.Benson, D.F. & Hermann, B.P. (1998) Personality disorders. In J. Engel Jr. & T.A. Pedley (Eds.) Epilepsy: A comprehensive textbook. Vol. II (pp.2065-2070). Philadelphia: Lippincott-Raven.
Xüsusiyyətləri
Hiperqrafiya Hiperqrafiya - çoxsaylı qıcolmalar keçirmiş temporal lob epilepsiyası olan insanlarda müşahidə edilən, yazıya və ya rəsmə olan yüksək dərəcəli meyldir. Hiperqrafiyası olan insanlar yazılarında təfərrüata həddindən artıq diqqət yetirirlər. Bəzi xəstələr gündəlik həyatlarını təfərrüatlandıran gündəliklər saxlayırlar. Bəzi hallarda bu yazılarda dini mövzulara da rast gəlinir. Belə insanların əl yazı qabiliyyəti də zəif olur. Epilepsiyadan əziyyət çəkən böyük rus yazıçısı Fyodor Dostoyevski hiperqrafiya da daxil olmaqla Geşvind sindromunun bütün xüsusiyyətlərini təsvir etmişdir. Bəzi hallarda hiperqrafiya kompulsiv rəsm kimi də özünü göstərə bilər. Hiperqrafiyası olan xəstələr çəkdikləri rəsmlərdə həddən artıq xırdaçılığa yol verirlər. Demək olar ki, həmin rəsmlər yazının şəkildə tamamilə təsvir olunmasıdır.
Hiperdindarlıq Bəzi insanlar hiperdindarlıq göstərə bilirlər. Hiperdindarlıq intensiv artmış dini hisslər və fəlsəfi maraqlar ilə xarakterizə olunur. Gicgah epilepsiyası olan pasiyentlər, iktal (tutma zamanı) və interiktal (tutmalararası dövrdə) dövrlərdə daha yüksək səviyyədə ruhaniyyət və mənəvi hisslər göstərə bilərlər. Bəzi məlumatlara görə, bir çox dini liderlərin bu cür epilepsiya formasına sahib olduğu bildirilmişdir. Bu dini hisslər, vudu, xristianlıq, islam və digər dinlər daxil olmaqla istənilən dini sistem çərçivəsində inamları gücləndirə bilər. Hətta belə bir fikir də mövcuddur ki, “dini mənşəyi güclü olan insanlarda hiperdindarlıq, dərin şəkildə hiss edilən ateizm kimi də özünü göstərə bilir.” Pasiyentlərin bir dindən digərinə keçidi kimi hallar da müşahidə olunmuşdur. Onlar dini hisslərini dərinləşdirirlər. Onlardan “Dindarsınızmı?” deyə soruşduqda, “Xeyr” deyə cavab verirlər. Bəzi alimlər gicgah payı epilepsiyası ilə hiperdindarlıq arasında əlaqəyə dair sübutların çox da inandırıcı olmadığıni qeyd edirlər.
Atipik seksuallıq Geşvind sindromu olan şəxslər atipik seksuallıqdan əziyyət çəkirlər. Bu xəstələrin təxminən yarısında hiposeksuallıq müşahidə edilmişdir. Belə şəxslər arasında Hiperseksuallığa daha az rast gəlinir.
Çox təfsilatlı düşüncə tərzi Geşvind sindromu olan insanlar hərtərəfli (yaxud viskoz) düşüncə tərzi nümayiş etdirirlər. Belə insanlar eyni mövzu haqqında uzun müddət və monoton danışmağa meyllidirlər.
Zehni fəaliyyətin artması Bu zaman şəxslər zehni fəaliyyətin artması, açıq idrak qabiliyyətləri və canlı emosional reaksiyaları ilə fərqlənirlər. Bu meyllər hiperqrafiya və tək bir sahəyə maraq ilə birləşir. Bu da çox vaxt onların yaradıcılığının məhsuldarlığını və keyfiyyətinin yüksək olmasını müəyyən edir.
Bədii əsərlərdəki qeydlər "Gizli materiallar" serialının dördüncü mövsümünün 23-cü seriyasında Dana Sculli Emi Kassandrada müşahidə olunan simptomları Vaksman-Geşvind sindromunun təzahürləri ilə əlaqələndirir.
İstinadlar
Keçidlər Barr W. Is there an epileptic personality? Waxman S., Geschwind N.: The interictal behavior syndrome of temporal lobe epilepsy. Arch Gen Psychiatry 1975; 32:1580-1586 Синдром Гасто-Гешвинда.] Пер. с англ. Н. Д. Фирсовой (2019)
Kateqoriya:Epilepsiya Kateqoriya:Psixopatoloji sindromlar