– Yaponiyanın Ome şəhərinin Bayqo rayonunda yerləşən ictimai park. Park çoxsaylı gavalı ağaclarına görə tanınır və gavalı ağaclarının çiçək açmasını seyr etmək üçün populyar məkanlardan biridir.
Tarixi Bayqo bölgəsi gavalı ağacları ilə məşhur olan yerlərdən biridir. 2009-cu ilin fevralında Ome gavalı parkı "Nikkei" qəzetinin oxucular arasında keçirdiyi sorğuda 90 məkan arasında ən populyar gavalı ağacının çiçəklənməsini seyr etmə yeri seçilmişdir. Lakin 2010-cu illərin əvvəlində parkda yayılan xəstəlik bəzi ağacların zərər görməsinə səbəb olmuş və nəticədə, şəhər rəhbərliyi bütün ağacları parkdan çıxarmaq qərarını qəbul etmişdir.
2016-cı ildə böyükmiqyaslı yenidən əkmə layihəsi başlamışdır. 2019-cu ilə qədər 144 növdən olan 1200 gavalı ağacı əkilmiş, parkın Tokiodakı ən populyar hanami məkanlarından biri kimi yenidən tanınması üçün işlər görülmüşdür.
Xüsusiyyətlər Ome gavalı parkında təxminən 1200 gavalı ağacı yerləşir. Gavalı ağacları erkən, orta və gec çiçək açan növlərə aiddir. Buna görə də hanami periodu fevraldan marta qədər davam edir. Parkın təpəlik ərazisindən ətraf ərazinin mənzərəli görünüşünü, eləcə də, nərgiz, kalmia kimi mövsümi çiçəkləri seyr etmək mümkündür.
Yoşino Bayqo Ume Matsuri Hər ilin fevral–mart aylarında park Yoşino Bayqo Ume Matsuriyə (Gavalı çiçəklənməsi festivalı) ev sahibliyi edir. Festival çərçivəsində yerli musiqi səsləndirilir, rəqs çıxışları baş tutur və yemək stendləri qurulur.
İstinadlar
Kateqoriya:Tokio parkları və bağları