Kənan Vəlixanov (azər. Kənan Vəlixan oğlu Vəlixanov, 1970, İmişli) — azərbaycanlı şahmat bəstəkarı, beynəlxalq usta və beynəlxalq hakim. FİDE Dünya Kubokunun sahibi.

Həyatı Kənan Vəlixan oğlu Vəlixanov 1970-ci ildə İmişli şəhərində anadan olmuşdur. Orta təhsilini İmişli şəhər Nəriman Nərimanov adına 1 nömrəli məktəbdə almışdır.

Fəaliyyəti Kənan Vəlixanov yeniyetməlik dövründən, yəni 1984-ci ildən şahmatla məşğuldur. Şahmat bəstəçiliyində (məsələ və etüdlərin tərtibi üzrə) Beynalxalq usta və beynalxalq hakimdir. 4 dəfə Azərbaycan çempionu, 11 dəfə Azərbaycan Kubokunun qalibidir.Şahmat bəstəçiliyi üzrə 7-ci Azərbaycan kuboku

500 ə yaxın şahmat əsərinin tərtib etmişdir ki, bunlardan böyük əksəriyyəti yerli və beynalxalq turnirlərdə müxtəlif dərəcəli mükafatlarla təltif edilmişdir.

2011-ci ildə FİDE Dünya Kubokunda 3-cü yer, bürünc medal (üç gedişlilər bölməsi), 2013-cü ildə FİDE Dünya Kubokunda 1-ci yer qızıl medal (iki gedişlilər bölməsi),Kənan Vəlixanov şahmat bəstəçiliyi üzrə dünya Kubokunun qalibi olmuşdurThe 3 rd Fide World Cup in composing-2013 2014- ci ildə "SOÇİ-2014" Olimpiya turnirində bürünc medal,Ümumdünya şahmat bəstəçiliyi üzrə FİDE Dünya kubokunun sahibi həmyerlimiz oldu 2016-cı ildə FİDE nin Olimpiya turnirində 1-ci yer,Şahmatçımız olimpiya çempionu olub qızıl medal (iki gedişlilər bölməsi), 2017 ci ildə FİDE Dünya Kubokunda 1-ci yer, qızıl medal (Yardımmat bölməsi), 2018-ci il FİDE Dünya Kubokunda 1-ci yer, qızıl medal (Yardımmat bölməsi) 2021-ci il FİDE dünya Kubokunda 3-cü yer, bürünc medal, 2019 və 2023-cü illərdə Avropa Çempionatlarındakı tərtib turnirlərində bürünc və gümüş medallar qazanmışdır.Kenan Velikhanov (Azerbaijan)

Kitab və əsərləri Kənan Vəlixanov şahmat bəstəçiliyi nəzəriyyəsində 5 yeni mövzunun müəllifi, “Şahmat poeziyasına həsr edilmiş ömür” kitabının müəllifidir.Şahmat poeziyasına həsr edilmiş həyat

İstinadlar