Bombardier CRJ700, CRJ900 və CRJ1000 — Bombardier CRJ200 əsasında hazırlanmış regional reaktiv təyyarə modelləri.
Təyyarələr Bombardier Aerospace şirkətinin Monrealda olan müəssisələrində yığılıb.Aero India 2007 Bombardier CRJ900
CRJ100/CRJ200 seriyasının uğurundan sonra Bombardier, daha böyük Embraer E-Jet, Fokker F70/100 və BAe 146/Avro RJ regional təyyarələri ilə rəqabət aparmaq üçün daha böyük versiyalar istehsal etməyə başladı.
Bombardier CRJ200 əsasında CRJ700-ü 1995-ci ildə hazırlamağa başladı və rəsmi olaraq proqramı 1997-ci ilin yanvar ayında istifadəyə verdi. İlk uçuş 27 may 1999-cu ildə baş tutdu.Frawley, Gerald. «Bombardier CRJ700 & CRJ900» The International Directory of Civil Aircraft, 2003/2004, p. 64. Fishwick, Act: Aerospace Publications, 2003. ISBN 1-875671-58-7 Federal Aviasiya Administrasiyası (FAA) tip sertifikatı CRJ700-ü CL-600-2C10 kimi təyin edir. CRJ700-ün ilk kommersiya uçuşu "Brit Air" tərəfindən 2001-ci ildə həyata keçirildi.
2017-ci ildə CRJ 700/900/1000 təyyarələrinin orta nominal qiymətləri müvafiq olaraq 41,4/46,5/49,5 milyon dollar təşkil etmişdir. İstinadlar
Xarici keçidlər
MHI RJ Aviation – CRJ Series page
Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr