Əl-Müntəzəm fi tarixil-müluk vəl-üməm () — İbn əl-Cəvzinin siyər və ümumi tarixlə bağlı əsəri.

Əsər

Məzmun "Əl-Müntəzəm fi tarixil-müluk vəl-üməm" özündə kainatın (Adəmin yaradılışı da daxil olmaqla) yaradılışından başlayaraq 1179-cu ilədək baş vermiş hadisələri ehtiva edir. Əsərdə hicrətdən sonrakı hadisələr xronoloji ardıcıllıqla verilmişdir. Əsərə hər il üçün həmin ildə vəfat etmiş mühüm şəxslərin həyat hekayələri əlavə olunmuşdur.

Nəşrlər Əsərin 871–1179-cu illəri əhatə edən hissəsi Frits Krenkou və bir heyət tərəfindən nəşr edilmişdir (V–X cildlər, Heydərabad-Dəkkən, 1938–1940). Əsərin tam versiyası isə Məhəmməd Əbdülqədir Əta və Mustafa Əbdülqədir Əta tərəfindən nəşr olunmuşdur (I–XVIII cildlər, Beyrut, 1992–1995).

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar