Abraham Pays (; ) — niderlandlı-amerikalı fizik və elm tarixçisi. Pays fəlsəfə doktoru (PhD) dərəcəsini İkinci Dünya müharibəsi illərində nasistlərin Niderland universitetlərində yəhudilərin fəaliyyətinə qadağa qoymasından dərhal əvvəl, Utrext Universitetində qazanmışdır. Nasistlər Niderland yəhudilərini məcburi şəkildə sürgün etməyə başladıqda o, gizlənmiş, lakin sonradan həbs olunmuşdur; onu bu vəziyyətdən yalnız müharibənin başa çatması xilas etmişdir.
Müharibədən sonra o, Danimarkada Nils Borun assistenti kimi fəaliyyət göstərmiş, daha sonra isə Nyu-Cersi ştatının Prinston şəhərindəki Təkmil Araşdırmalar İnstitutunda Albert Eynşteynin həmkarı olmuşdur.
Onun müəllifi olduğu və bir çox mütəxəssis tərəfindən Albert Enşteyn haqqında ən mötəbər bioqrafik əsər sayılan "Rəbb sirrlidir" (Subtle is the Lord) kitabı "Elmi Yazı Mükafatı"na layiq görülmüşdür. Pays bu uğurlu fəaliyyətini aşağıdakı əsərlərlə davam etdirmişdir: "Daxilə doğru: Fiziki dünyada maddə və qüvvələr haqqında" (Inward Bound: Of Matter and Forces in the Physical World) — müasir fizika tarixi; "Nils Borun dövrü: Fizikada, fəlsəfədə və siyasətdə" (Niels Bohr's Times: In Physics, Philosophy, and Polity); "Enşteyn burada yaşamışdır: Sadə oxucular üçün esselər" (Einstein Lived Here: Essays for the Layman).
Abraham Pays təqaüdə çıxana qədər Rokfeller Universitetində fizika professoru vəzifəsində çalışmışdır. O, 1995-ci ildə elmi yazı sahəsindəki müstəsna xidmətlərinə görə "Luis Tomas mükafatı"na layiq görülmüşdür.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:19 mayda doğulanlar Kateqoriya:1918-ci ildə doğulanlar Kateqoriya:Amsterdamda doğulanlar Kateqoriya:28 iyulda vəfat edənlər Kateqoriya:2000-ci ildə vəfat edənlər Kateqoriya:Kopenhagendə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Niderland fizikləri Kateqoriya:ABŞ fizikləri Kateqoriya:ABŞ Milli Elmlər Akademiyasının üzvləri Kateqoriya:Utrext Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:İsveç Kral Elmlər Akademiyasının üzvləri Kateqoriya:Ürək-damar xəstəliyindən vəfat edənlər Kateqoriya:Hollandəsilli amerikalılar