Volfqanq Paul (; ) — almaniyalı fizik. O, hazırda "ion tələsi" adlandırılan qurğunun əsasını qoyan qeyri-maqnit kvadrupol kütlə filtrini birgə hazırlamışdır. Bu elmi nailiyyətinə görə Paul 1989-cu ildə Fizika üzrə "Nobel" mükafatının yarısını Hans Georq Demelt ilə bölüşmüşdür; mükafatın digər yarısı isə həmin il Norman Foster Ramzeyə təqdim edilmişdir.
Erkən həyatı
Volfqanq Paul 10 avqust 1913-cü ildə Almaniyanın Lorentskirx şəhərində anadan olmuşdur. O, atasının farmasevtik kimya üzrə professor olduğu Münxen şəhərində böyümüşdür. Münxen Texniki Universitetində bir neçə il təhsil aldıqdan sonra, 1934-cü ildə Berlin Texniki Universitetinə keçmiş və 1937-ci ildə Hans Geygerin qrupunda diplom işini tamamlamışdır. Daha sonra elmi rəhbəri Hans Kopfermanı izləyərək Kil Universitetinə getmiş, hərbi hava qüvvələrinə çağırıldıqdan sonra isə 1940-cı ildə Berlin Texniki Universitetində doktorluq dərəcəsini (PhD) almışdır.
İkinci Dünya müharibəsi zamanı o, nüvə silahlarının hazırlanmasında istifadə olunan parçalanan materialların istehsalı üçün zəruri olan izotopların ayrılması sahəsində tədqiqatlar aparmışdır.
İstinadlar
Xarici keçidlər
Wolfgang Paul Prize, awarded by the Alexander von Humboldt Foundation in November 2001. List of award winners.
Kateqoriya:10 avqustda doğulanlar Kateqoriya:1913-cü ildə doğulanlar Kateqoriya:Saksoniyada doğulanlar Kateqoriya:7 dekabrda vəfat edənlər Kateqoriya:1993-cü ildə vəfat edənlər Kateqoriya:Bonnda vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə alimlər Kateqoriya:Almaniya fizikləri Kateqoriya:XX əsrin fizikləri Kateqoriya:Bonn Universitetinin müəllimləri Kateqoriya:Göttingen Universitetinin müəllimləri Kateqoriya:Berlin Texniki Universitetinin müəllimləri Kateqoriya:Berlin Texniki Universitetinin məzunları Kateqoriya:Münxen Texniki Universitetinin məzunları Kateqoriya:İncəsənət və elm sahəsində Pour le Mérite ordeninin kavalerləri Kateqoriya:Əlifba sırasına görə Nobel mükafatı laureatları Kateqoriya:Fizika üzrə Nobel mükafatı laureatları Kateqoriya:Almaniyalı Nobel mükafatı laureatları Kateqoriya:Göttingen Elmlər Akademiyasının üzvləri Kateqoriya:İxtiraçılar Kateqoriya:XX əsr bioloqları