Keyt Noel Holms () — ABŞ aktrisası və kinorejissoru. Geniş kütləyə tanınması 1998-2003-cü illərdə nümayiş olunan "Dousonun çeşməsi" () televiziya layihəsində Coui Potter personajını oynaması sayəsində baş verib. K. Holmsun aktyor Tom Kruzla nikahı 2006-cı ildən 2012-ci ilə qədər sürmüşdü və mətbuat bu münasibətə böyük diqqət yetirib. Onların Suri adında bir qızı var.
Erkən illəri Keyti Holms Ohayo ştatının Tolido şəhərində anadan olub.Darren Crosdale. Dawson's Creek: The Official Companion. Kansas City, Missouri: Andrews McMeel, 1999; , pgs. 113–114. Beş uşağın ən kiçiyidir. Anası Ketlin ev qadını və xeyriyyəçi, atası Martin Cozef Holms isə hüquqşünas olub. Atası gəncliyində Markett Universitetində məşqçisi Al Makquayrın komandаsında basketbol oynayıb.Janice Dunn. "Katie Holmes: A girl on the verge". Rolling Stone. Issue 795. September 17, 1998. 44.Rory Evans. "Extra, extra! Batman star Katie Holmes invites us along to savor the sights and sounds of her brand-new town." InStyle. June 2005. 224–233. Üç bacısı və bir qardaşı var. Katolik ailəsində böyüyüb və Tolidodakı Kral Məsih kilsəsinə gedib."Katie Holmes to Wed Actor Chris Klein" , Toledo Blade, December 31, 2003, pg. D3.
Orta təhsilini qızlar üçün olan Notr-Dam Akademiyasında bitirib. Bu məktəbdə anası da oxuyub. K. Holms burada əla şagird olub, bütün fənlərdən ən yüksək qiymətlər alıb.Christopher Borrelli. "Katie Holmes for the Holiday: She Left Toledo With a Big Dream and Returns a Big Star", Toledo Blade, November 22, 1998, pg. G1.Judith Newman, "The Last Girl Scout", Allure. v. 13, n. 6. June 2003, pgs. 182–89. Yaxınlıqdakı oğlan məktəblərində isə müzikllərə çıxıb. "Salam Dolli" () müziklında ofisiant, "Lənətə gəlmiş yankilər" () tamaşasında isə Lola rolunu canlandırıb. SAT imtahanından 1600 baldan 1310 bal toplayıb və Kolumbiya Universitetinə qəbul olub, yay kurslarına da gedib. Atası onun həkim olmasını istəyib. 14 yaşında Tolidoda modellik kurslarına başlayıb. Bu da onu 1996-cı ildə Nyu-Yorkda keçirilən Beynəlxalq Modellik və İstedadlar Yarışmasına aparıb. "Bülbülü öldürmək" əsərindən monoloq ifa etdikdən sonra özünə agent tapıb. Agent onun video çəkilişini Enq Linin "Buz fırtınası" () filminin kastinq direktoruna göndərib. Beləcə K. Holms 1997-ci ildə bu filmdə Libbets Keysi rolunu oynayaraq ilk dəfə böyük ekranda görünüb. Filmdə Kevin Klayn və Siqurni Viver ilə birlikdə çəkilib.
Filmoqrafiya Telefon köşkü (2002) Eprilin qonaqlığı (2003) Betmen Başlayır (2005) Siqaret çəkdiyiniz üçün təşəkkürlər (2005) Loqanın uğuru (2017) Ouşenin 8 rəfiqəsi (2018)
İstinadlar
Xarici keçidlər
Kateqoriya:XX əsr ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:ABŞ-nin Roma katolikləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ teatr aktrisaları