Şəhid Rəsul Babaxan oğlu Ağayev (25 avqust 1968, Nərimankənd, Sabirabad rayonu — 1992, Sırxavənd, Ağdərə rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş və 34 il sonra nəşinin qalıqları müəyyən edilmiş şəhid.

Həyatı Rəsul Ağayev 25 avqust 1968-ci ildə Sabirabad rayonunun Nərimankənd kəndində anadan olmuşdur. 1975-ci ildə şəhid M. Şahmurov adına Nərimankənd kənd tam orta məktəbində təhsil almağa başlamış, 1985-ci ildə orta məktəbi bitirmişdir.

Həmin ildə Şirvan şəhər Sənaye Texnikumuna daxil olmuş, 1987-ci ildə təhsilini başa vurmuşdur. 1987–1989-cu illərdə hərbi xidmətdə olmuşdur. 1990-cı ildə ailə qurmuş, bir qız övladı olmuşdur. thumb|235x235px|Şəhid Rəsul Ağayevin diplomu thumb|235x235px|Şəhid Rəsul Ağayevin diplomu

Hərbi fəaliyyəti 1992-ci ildə könüllü olaraq cəbhəyə yollanmışdır. Ağdərə və Ağdam rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmiş, tank heyətində xidmət göstərmişdir.

Ağdərə rayonunun Sırxavənd kəndi uğrunda döyüşlər zamanı döyüş yoldaşları ilə birlikdə mühasirəyə düşmüş və itkin düşmüşdür.

Qalıqlarının müəyyən edilməsi 1992-ci ildən itkin hesab edilən Rəsul Ağayevin nəşinin qalıqları Ağdam rayonu ərazisində aşkar edilmişdir. 11 fevral 2026-cı ildə ailəsinə bu barədə məlumat verilmişdir. 19 fevral 2026-cı ildə Nərimankənd kəndində dəfn olunmuşdur.

İstinadlar

Kateqoriya:1992-ci ildə vəfat edənlər Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Birinci Qarabağ müharibəsində həlak olanlar Kateqoriya:İtkin düşənlər