İosif Andreyeviç Timçenko (; ) — Ukrayna mexanik-ixtiraçısı. O, 1893-cü ildə, Lümyer qardaşlarından iki il əvvəl kinoaparat ixtira etmişdir. Timçenkonun fizik Nikolay Lyubimov ilə birlikdə yaratdığı "ilbiz" mexanizmi "kineskop"un yaradılması üçün əsas təşkil etmişdir.

1894-cü ilin yanvarında Rusiya İmperiyasının təbiətşünas və həkimlərinin 9-cu qurultayında Timçenko öz aparatı vasitəsilə ekranda təsvirlər nümayiş etdirmişdir. Bu hadisə Qərbi Avropada kinematoqrafın meydana gəlməsindən bir il əvvəl baş vermiş və o, L. Lümyer, J. Demeni, S. Skladovski kimi avropalı ixtiraçıları qabaqlamışdır.Кудепко C. Тимченко Йосип Андрійович // Довідник з історії України (А — Я): посібник для серед. загальноосвіт. навч. закл. / Інститут історичних досліджень Львівського національного ун-ту ім. Івана Франка; упоряд. І. З. Підкова; заг. ред. І. З. Підкова, Р. М. Шуста. — 2.вид., доопрац. і доп. — : Генеза, 2002. — 1135 с. — ISBN 966-504-179-7

Həyatı İosif Timçenko 15 aprel 1852-ci ildə Xarkov quberniyasının Okip kəndində təhkimli kəndli ailəsində anadan olmuşdur. Kilsə-prixod məktəbini bitirdikdən sonra, 14 yaşlı İosifi atası Xarkov Universitetinin mexaniki emalatxanalarına, Aleksandr Edelberqin yanına şagirdliyə vermişdir. Orada yeddi il çalışan gənc, dəqiq mexanika sahəsində əsl usta kimi nüfuz qazanmışdır. 1873-cü ildə İosif dostları ilə birlikdə Nikolay Mikluxo-Maklayın ideyalarından təsirlənərək Okeaniyaya getmək məqsədilə Odessaya yola düşmüşdür, lakin səfər təşkilatçılarından birinin fırıldaqçılığı nəticəsində ekspedisiya baş tutmamışdır. Dostları Xarkova qayıtmışdır, lakin Timçenko həyat yoldaşı Anastasiya ilə birlikdə Odessada qalmış, burada maddi çətinliklərlə üzləşmişdilər. Bu dövrdə doğulan övladları Andrey üç aylıq ikən qida çatışmazlığından vəfat etmişdir. Timçenko əvvəlcə Gəmiçilik və Ticarət Cəmiyyətində işə düzəlmiş, burada buxar qazanlarını yoxlamaq üçün ilk cihazını ixtira etmişdir. Daha sonra Odessa Universitetinin emalatxanasına rəhbərlik edərək sürətli karyera qurmuşdur. Bir neçə il sonra o, imperator II Aleksandra öz konstruksiyası olan elektrikli xronometri hədiyyə etmiş, imperator isə cavab olaraq ona üzərində gerb olan qızıl saat bağışlamışdır.Миславский В., Гергеша В. Механик-изобретатель Иосиф Тимченко в документах и воспоминаниях. — Харьков: Фактор, 2012. — 288 с. ISBN 978-966-180-344-1

Preobrajenskaya küçəsi, 24 ünvanındakı binada öz vəsaiti hesabına emalatxana inşa etdirən Timçenko 1880-ci ildən etibarən Novorossiysk Universitetinin (Odessa) baş mexaniki vəzifəsində çalışmışdır. O, Odessa rəsədxanası üçün mexaniki proqram qurğuları, mikrocərrahiyyə alətləri, maqnit-meteoroloji tədqiqatlar üçün dəqiq ölçü cihazları və elektrik saatları hazırlamışdır. Qazandığı məvacibin böyük hissəsini yeni ixtiralara və emalatxanasının təchizatına sərf etmişdir. 1890-cı ildə Kuyalnitsk kurortunun palçıqla müalicə mərkəzinin avtomatlaşdırılması layihəsini icra etmiş, müalicəvi palçıqların verilməsi və qızdırılması sistemini layihələndirmişdir. Onun bir çox ixtiraları dünya sərgilərində qızıl və gümüş medallara layiq görülmüşdür. O, həmçinin Freydenberqin ilk avtomatik telefon stansiyası modelinin yaradılmasında iştirak etmişdir.Чернявский Ю. Стук выходящего — Львів : Кальварія, 1997. — 112 с. ISBN 9667092240

Timçenkonun digər ixtiraları arasında küləyin gücünü və istiqamətini avtomatik qeyd edən anemorumboqraf, civəli baroqraf, seysmoqraf, dojoqraf, astroqraf, fotometr və digər elmi cihazlar olmuşdur. Professor O. Kosovski ilə birlikdə o, Ukraynanın cənubunun iqlim və maqnetizminin öyrənilməsi üçün Odessa Geofizika Rəsədxanasının əsasını qoymuşdur. Kinematoqraf sahəsindəki fəaliyyəti 1893-cü ilin yayında Timçenko fizik Nikolay Lyubimov ilə birlikdə stroboskopu təkmilləşdirmək üçün "ilbiz" mexanizmini işləyib hazırlamışdır. Bu mexanizmin fəaliyyət prinsipi ixtiraçı Mixail Freydenberqin də iştirak etdiyi "kineskop" aparatı üçün əsas rolunu oynamışdır. 1893-cü ilin noyabrında Odessanın "Fransa" otelində Odessa ippodromunda "kineskop" vasitəsilə çəkilmiş iki filmin — "Süvari" və "Nizəatan"ın ilk kütləvi nümayişi keçirilmişdir. 1894-cü ilin yanvarında elmi qurultayda nümayiş etdirilən bu cihaz mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Baxmayaraq ki, Timçenko bu sahədə Qərbi Avropa ixtiraçılarını qabaqlamışdı, o, öz aparatını heç vaxt patentləşdirməmişdir. İosif Timçenkonun "kineskop"u hazırda Moskvadakı Politexnik Muzeyində qorunub saxlanılır.Мишаков О. О., Леві I. З. Видатний вітчизняний механік-винахідник Й. А. Тимченко, «Вісник Акад. наук УРСР» № 8, 1952.

Son illəri 1909-cu ildə Odessa Universitetinin rəhbərliyi Timçenkonun iki mərtəbəli emalatxana binasını laboratoriyaya çevirmək qərarına gələrək onu binadan çıxarmışdır. İxtiraçı avadanlıqların bir hissəsini doğma kəndi Okipə köçürmüş və orada fəaliyyətini davam etdirmişdir. 1912-ci ildə astronom Aleksandr Orlovun dəvəti ilə yenidən Odessaya qayıtmışdır.Енциклопедія про Одесу;

Birinci Dünya müharibəsi illərində Timçenko patron istehsalını üç dəfə sürətləndirən dəzgah konstruksiya etdiyi üçün hərbi ehtiyaclar nəzərə alınaraq emalatxanası ona geri qaytarılmışdır. O, demək olar ki, bütün qazancını yeni alətlərin alınmasına sərf etmiş, elmin inkişafı naminə gecə-gündüz çalışmışdır. 1920-ci ildə sovet hakimiyyəti Odessa Universitetini ləğv etmişdir. İxtiraçının öz evini və emalatxanasını geri almaq cəhdləri nəticəsiz qalmış, bolşevik məmurları keçmiş təhkimlini "burjua" kimi damğalayaraq onun müraciətlərini rədd etmişlər. Ömrünün 40 ilini universitetə həsr etmiş İosif Timçenko 20 may 1924-cü ildə yoxsulluq içində vəfat etmişdur.Банита Л. Видатний український механик // Україна. — № 3. — 1951. — С. 34

Mükafatları İosif Timçenkonun elmi və texniki nailiyyətləri müxtəlif dövrlərdə yüksək qiymətləndirilmişdir:Мишаков О. О., Леві I.З. Видатний вітчизняний механік-винахідник Й. А. Тимченко // Вісник Академії наук УРСР. — 1952. — № 8. — С. 72-77Соколов И. В. Скачковый механизм «улитка» И. А. Тимченко // История изобретения кинематографа. — М.: Искусство, 1960. — С. 98-102.Цесевич В. П., Корпун Я. Ю. Механік-винахідник Й. А. Тимченко. — К.: Державне видавництво технічної літератури, 1961. — 62 с.

1882-ci il — Moskvada keçirilən XV Ümumrusiya Sənaye-Bədii Sərgisində gümüş medal; 1884-cü il — Odessada Kənd Təsərrüfatı və Fabrik-Zavod Sərgisində qızıl medal; 1886-cı il — Kişinyovda Bessarabiya Kənd Təsərrüfatı və Sənaye Sərgisində qızıl medal; 1889-cu il — Parisdə Ümumdünya Sərgisində gümüş medal; 1896-cı il — Nijni Novqorodda XVI Ümumrusiya Sənaye və Bədii Sərgisində qızıl medal; 1900-cü il — 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni kavaleri; 1900-cü il — Parisdə Ümumdünya Sərgisində qızıl medal; 1902-ci il — Peterburqda Beynəlxalq Balıq Sənayesi Sərgisində qızıl medal və 1-ci dərəcəli mükafat; 1910-cu il — Odessada Bədii-Sənaye Sərgisində gümüş medal.

Nailiyyətləri İosif Timçenko bir çox mühüm konstruktor layihələrinin müəllifi olmuşdur:Шимон О. О. Хто ж був першим? // Сторінки з історії кіно на Україні. — К., 1964. — С. 7-15Островский Г. Л. Дом, где родился кинематограф // Одесса, море, кино. — Одесса; Маяк, 1989. — С. 9-13Малиновский А. В. Кто изобрел кино? // Кино в Одессе. — Одесса, 2000. — С. 7-11Капельгородська Н., Глущенко Є. Визнані і забуті винахідники // Начерки далекої кіноісторії. — К.: АВДІ, 2005. — С. 22-24Костроменко В. Впереди паровоза // Очерки истории Одесской киностудии. — Одесса, 2010. — С. 6-15

1875-ci ildə buxar qazanlarının manometrlərini yoxlamaq üçün xüsusi cihaz hazırlamışdır. Həmin ildə elektrikli saat hazırlamışdır. Bu saat əvvəlcə qubernatora təqdim edilmiş, daha sonra imperatora hədiyyə olaraq Sankt-Peterburqa göndərilmiş, lakin yolda itmişdir. Odessa rəsədxanasında istifadə olunmaq üçün göy cisimlərinin orbit üzrə hərəkətini izləyən proqramlaşdırılmış mexaniki qurğu konstruksiya etmişdir. Göz əməliyyatları üçün nəzərdə tutulan mikrocərrahiyyə alətlərini işləyib hazırlamışdır. Timçenkonun ixtiraları arasında plyuvioqraf, anemorumboqraf və civəli barometr kimi meteoroloji cihazlar mühüm yer tutmuşdur. 1893-cü ildə Moskva Universitetinin professoru, fizik N. A. Lyubimov ilə birlikdə stroboskopda kadrların fasiləli dəyişməsini təmin edən "ilbiz" adlı sıçrayış mexanizmini yaratmışdır. Bu mexanizm M. F. Freydenberqlə birgə layihələndirilmiş kinetoskopda tətbiq olunmuşdur. Çəkiliş üçün diskşəkilli fotolövhədən istifadə edən bu kinetoskop ilk dəfə 1894-cü ilin yanvarında rus təbiətşünas və həkimlərinin doqquzuncu qurultayında nümayiş etdirilmişdir. Burada göstərilən "Süvari" və "Nizəatan" filmləri Odessa ippodromunda lentə alınmışdır. Timçenko, həmçinin Freydenberqin avtomatik telefon stansiyasının yaradılmasında fəal iştirak etmişdir.

O, Paris, Petroqrad, Odessa və Nijni Novqorodda keçirilən Ümumrusiya və beynəlxalq sərgilərdə iştirak edərək ümumilikdə beş qızıl və üç gümüş medala layiq görülmüşdür.

Mirası Ukrayna Milli Kinematoqrafçılar İttifaqının təqdimatı və Odessa şəhər rəhbərliyinin sərəncamı ilə ukraynalı ixtiraçının xatirəsinin Odessada əbədiləşdirilməsi qərara alınmışdır. Bu məqsədlə İosif Timçenko və ailəsinin şərəfinə İkinci Xristian qəbiristanlığında abidə ucaldılmış, həmçinin Preobrajenskaya küçəsi, 24 nömrəli evin fasadında memorial lövhə quraşdırılmışdır. 12 may 2012-ci ildə Xarkov şəhərində, Moskva prospekti 10/12 ünvanında İosif Andreyeviç Timçenkonun xatirəsinə memorial lövhənin açılışı olmuşdur.12 травня 2012 року встановлено

28 aprel 2016-cı ildə Ukraynanın dekommunizasiya siyasəti və müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, Odessada bir neçə küçənin adı dəyişdirilmişdir. Bu çərçivədə ixtiraçının xatirəsini yaşatmaq məqsədilə keçmiş Kolxoznaya küçəsinə İosif Timçenkonun adı verilmişdir. Yuri Çernyavski sənədli materiallar əsasında yazdığı "Daxil olanın döyüntüsü" adlı kinofilm ssenarisində ukraynalı vətənpərvər İosif Timçenkonun bədii obrazını canlandırmışdır.

İstinadlar

Əlavə ədəbiyyat Богдан Жолдак про Карпа Соленика, Йосипа Тимченка, Івана Піддубного, Юрія Кондратюка, Миколу Лукаша / Б. Жолдак. — Київ : Грані-Т, 2009. — 125 с. — (Серія «Життя видатних дітей»). — ISBN 978-966-465-256-5; Дослідження Володимира Миславського та Віктора Гергеші «Механик-изобретатель Йосиф Тимченко в документах и воспоминаниях».

Xarici keçidlər Фотографія могили Й. А. Тимченка на Другому християнському кладовищі в Одесі 2012 рік; Стаття Укрінформ: Українець створив кіноапарат раніше за братів Люм'єрів Механік-винахідник Тимченко (російською)

Kateqoriya:Ukrayna mühəndisləri Kateqoriya:Ukrayna kinooperatorları