Kanadalı Azərbaycanlılar Şəbəkəsi (; ) — icma tərəfindən maliyyələşdirilən, Kanadada ən böyük yerli azərbaycanlıların müdafiə təşkilatı. 2020-ci ildə təsis edilən təşkilat ictimai siyasət məsələlərində Kanadalı azərbaycanlıların müdafiəsini təmin edir. Təşkilat Torontoda yerləşir; idarə heyətinin və təşkilatın üzvləri Kanadanın Ottava, Edmonton, Kalqari, Monreal və Vankuver də daxil olmaqla digər şəhərlərində yaşayırlar. Kanadalı Azərbaycanlılar Şəbəkəsi qeydiyyatdan keçmiş qeyri-kommersiya təşkilatıdır və direktorlar şurası tərəfindən idarə olunur.

Tarixi Kanadalı Azərbaycanlılar Şəbəkəsi 2020-ci ilin sentyabr ayında təsis edilib. Təşkilatın təsis edilməsi Kanadadakı Azərbaycan icması üzvlərinin təmsilçilik üçün platforma yaratmaq və Kanadada İkinci Qarabağ müharibəsi ilə bağlı siyasi məlumatlılığı artırmaq istəyindən irəli gəlirdi. Təşkilat 1980-ci illərin sonu 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ münaqişəsi zamanı baş verən azərbaycanlıların məcburi köçürülməsi barədə ictimaiyyətin məlumatlılığını artırmağa çalışmışdır. Şəbəkə həmçinin Kanadanın Baş naziri Castin Trüdonu və Kanadanın Xarici İşlər Nazirliyini 2020-ci ildə Bərdəyə raket hücumlarından sonra Ermənistanın hərəkətlərini pisləməyə çağırmışdır.

Fəaliyyəti Təşkilat Azərbaycan–Kanada münasibətlərini gücləndirməyə çalışır. Azərbaycanla Ermənistan arasında baş verən son münaqişə ilə bağlı təşkilat iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının tərəfdarı olmuşdur. 2020-ci il müharibəsindən sonra Şəbəkənin icraçı heyəti Kanadalı azərbaycanlılar icmasını siyasi cəhətdən daha aktiv hala gətirmək üçün tədbirlər görmüşdür. Təşkilat icmanı 2021-ci il Kanada federal seçkiləri zamanı seçki dairələri məsələlərində və deputatların kampaniyalarında daha fəal iştirak etməyə və Kanada hökumət rəsmiləri ilə görüşlər təşkil etməyə təşviq etmişdir.

Şəbəkənin son təşəbbüslərindən bəziləri Azərbaycanın Qarabağ bölgəsinin minalardan təmizlənməsinə çağırış və Kanadanın bu məqsədlə dəstəyini əhatə edirdi. Təşkilat həmçinin 1992-ci il Xocalı soyqırımına diqqət çəkməyə çalışır. Şəbəkə 2022-ci ilin yanvar ayında Kanada hökumətinə e-3780 nömrəli petisiya təqdim etmişdir. Kanadanın Xarici işlər nazirinin parlament katibi, deputat Rob Olifant tərəfindən imzalanmış cavab məktubunda Kanada hökuməti Kanadanın BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü ilə bağlı bütün qətnamələrini tanıdığını bir daha təsdiqləmişdir.

Kanadalı Azərbaycanlılar Şəbəkəsinin Direktorlar Şurasının üzvləri Kanadalı azərbaycanlıların dəstəklədiyi məsələlər və təşəbbüslər barədə nazirləri məlumatlandırmaq məqsədilə Nazirlər Kabinetinin üzvləri ilə dəfələrlə yüksək səviyyədə görüşlər keçirmişdirlər.

8 noyabr 2021-ci il və 9 noyabr 2022-ci il tarixlərində Şəbəkənin təşəbbüsü ilə Niaqara şəlaləsi üzərində Azərbaycan bayrağının rəngləri proyeksiya edilmişdir.

10 noyabr 2022-ci ildə təşkilat Kanadadakı yəhudi və Azərbaycan icmalarının liderlərini, Kanada parlamentinin bir neçə üzvünü bir araya gətirərək, Azərbaycanın yəhudi irsini qeyd etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan diasporu Kateqoriya:Azərbaycan–Kanada münasibətləri Kateqoriya:İkinci Qarabağ müharibəsi