Naibə Əhmədova () — tarix üzrə fəlsəfə doktoru, dosent. 2021-ci ildə Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Həyatı Əhmədova Naibə Əhmədağa qızı 1966-cı il noyabrın 8-də Mingəçevir şəhərində anadan olub. 1972-1982-ci illərdə Mingəçevir şəhər 11 saylı tam orta məktəbidə orta təhsil alıb. 1984-1987-ci illər arasında Bakı Dövlət Universitetinin Tarix fakültəsində, 1987-1990-cı illərdə isə M.V.Lomonosov adına Moskva Dövlət Universitetində təhsil alıb. 1992-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan tarixi kafedrasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.

2008-ci ildə “XIX əsrin I yarısında çarizmin Şimali Azərbaycanda vergi siyasəti” mövzusunda dissertasiyanı müdafiə edərək tarix üzrə fəlsəfə doktoru adını alıb. 2016-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan tarixi kafedrasının müdiridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Əhmədova Naibə Əhmədağa qızı “Tərəqqi” medalı ilə təltif olunub.

Yazdığı kitablar Qafqaz Albaniyası tarixinin problemləri.Bakı:2014.247 səh. Azərbaycan tarixi. Qeyri-tarix ixtisasları üçün dərs vəsaiti. Bakı: ADPU, 2019. 390 səh. Qafqaz Albaniyası tarixinin problemləri. ISBN 978-620-0-64127. Dərs vəsaiti Globe Edit: 2022. 205 səh. Qafqaz Albaniyası tarixinin oçerkləri.Dərs vəsaiti. Bakı: 2023. 199 səh. Azərbaycanın dövlətçilik tarixi. ISBN 978-620-6-80144-3. Dərs vəsaiti Globe Edit: 2024. 352 səh. XIX əsr-XX əsrin əvvəlləri Azərbaycan tarixinin tarixşünaslığı. ISBN 978-620-9-16697-6. Globe Edit, Monoqrafiya, 2025. 509 səh. Azərbaycan tarixi. Qeyri-tarix ixtisasları üçün dərs vəsaiti. Bakı: ADPU, 2025.353 səh. Azərbaycan tarixi (1918-2025). Ali məktəblərin ixtisas fakültələri üçün dərs vəsaiti. Bakı: 2025. 698 səh.

İstinadlar

Xarici keçidlər