Leonid Vilenoviç Kanter (; ) — Ukrayna sənədli kino rejissoru, prodüser, telejurnalist və yazıçısı. Ukraynanın şərqindəki silahlı münaqişə haqqında bir neçə sənədli filmin müəllifi, o cümlədən "Mif" sənədli filminin həmmüəllifidir.

Həyatı

Leonid Kanter 27 iyul 1981-ci ildə Kiyev şəhərində anadan olmuş, uşaqlıq və gənclik illərini burada keçirmişdir. 1998-ci ildə Kiyev 145 nömrəli Təbiət Elmləri Liseyini bitirmişdir. 2002-ci ildə İ. K. Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetindən məzun olmuşdur. 1999-cu ildən etibarən Ukrayna televiziyasında fəaliyyət göstərmişdir. 2003-cü ildə özünün ilk kinostudiyası olan "LizardFilms"in əsasını qoymuşdur. Bu studiyada 50-dən çox qısametrajlı film və bir neçə tammetrajlı sənədli ekran əsəri ərsəyə gətirilmişdir. 2004–2007-ci illərdə İ. K. Karpenko-Karı adına Kiyev Milli Teatr, Kino və Televiziya Universitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2007-ci ildə "Obirki xutoru" sənətkarlar birliyini təsis etmişdir.

2010-cu illərdə Obirki ərazisində qoruq yaradılması təşəbbüsü ilə çıxış etsə də, bu cəhdləri nəticəsiz qalmışdır. Avromaydan hadisələrini fəal şəkildə dəstəkləmişdir. 2014-cü ilin mart ayında Rusiya tərəfindən ilhaq edilmiş Krıma səfər etmişdir. Leonid Kanter 4 iyun 2018-ci ildə, yerli vaxtla saat 22:00 radələrində Ukraynanın Çerniqov vilayətində yerləşən Obirki xutorunda baş nahiyəsindən aldığı odlu silah yarası ilə ölü tapılmışdır. İlkin versiyaya görə, o, intihar etmişdir. Rejissorun qoyub getdiyi ölümqabağı məktubun məzmunu açıqlanmamışdır.

Ailəli olmuş, lakin sonradan boşanmışdır; üç övladı var idi. Anası İsraildə yaşayır.

Filmoqrafiya 2001 — Papaqsız adam (Çelovek bez şlyapı) — Rejissor 2002 — Yolka (Yolka) — Rejissor 2003 — Anlayışlar (Ponyatiya) — Rejissor 2003 — Qəzəb (Qnev) — Rejissor 2006 — Taburet ilə Himalay dağlarını aşaraq (S taburetom çerez Qimalai) (üç hissəli) — Prodüser, ssenari müəllifi 2014 — Öz hesabına müharibə (Voyna za svoy sçyot) (İ. Yasniy ilə birgə) — Rejissor 2015 — Tanrı birliyinin könüllüləri (Dobrovoltsı bojyeqo soyuza) (İ. Yasniy ilə birgə) — Rejissor«Ми продовжуємо справу УПА. І ми переможемо» — показали фільм про бійців «Правого сектору» // Gazeta.ua, 2 лютого 2015 2018 — Mif (Mif) (İ. Yasniy ilə birgə) — Rejissor

İstinadlar

Kateqoriya:Odlu silah ilə intihar edənlər Kateqoriya:Ukrayna prodüserləri Kateqoriya:Ukrayna rejissorları Kateqoriya:Ukrayna yazıçıları