Haldun Boysan () - Türkiyəli kino və serial aktyoru, həmçinin səsləndirmə sənətçisidir. Qurtlar Vadisi adlı televiziya serialında canlandırdığı Tombalacı Mehmet obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır.

Həyatı və Fəaliyyəti Haldun Boysan 6 iyul 1958-ci ildə Ankara şəhərində dünyaya gəlmişdir. Orta təhsilini TED Ankara Kollecində başa vurduqdan sonra Ankara Universitetinin Dil və Tarix-Coğrafiya fakültəsinin Teatr bölməsindən məzun olmuşdur. Ankara Sənət Teatrı və İstanbul Şəhər Teatrlarında fəaliyyət göstərmişdir. İngilis dilindən türk dilinə dublyaj olunan filmlərdə səsləndirmə işləri ilə də məşğul olmuşdur. 1999-cu ildə keçirilən 11-ci Ankara Beynəlxalq Film Festivalında ‘Gemide’ filmində canlandırdığı ‘Kamil’ obrazına görə ‘Ən yaxşı ikinci plan kişi aktyoru’ mükafatına layiq görülmüşdür. Qatı Beşiktaş azarkeşi olan Boysan, eyni zamanda Beşiktaş JK-nın konqres üzvü kimi də fəaliyyət göstərmişdir.

Ölümü Maria ilə Mustafa’ serialının çəkilişləri üçün getdiyi Nevşehirin Ürgüp bölgəsində 31 avqust 2020-ci ildə ürək tutması keçirərək 62 yaşında həyatını itirmişdir. 2 sentyabr 2020-ci ildə onun nəşi Ankaraya gətirilmiş və Karşıyaka qəbiristanlığında torpağa tapşırılmışdır. Onun vəfatından iki gün sonra məlum oldu ki, Boysan COVID-19 qorxusu səbəbindən xəstəxanaya getməmiş və buna görə də ürək pilini dəyişdirə bilməmişdir.

Filmoqrafiya İl Film / Serial 1997 Kara Melek 1998 Gemide 1998 Çılgın Bediş 1998 İkinci Bahar 1998 Gülün Bittiği Yer 1998 Ayrı Dünyalar 1999 Aşkın Dağlarda Gezer 2000 Merdoğlu 2000 Nisan Yağmuru 2001 Vasiyet 2001 Derviş 2002 Gülbeyaz 2002 Karaoğlan 2003 Hürrem Sultan 2003 Esir Şehrin İnsanları 2003 Gurbet Kadını 2003–2004 Kurtlar Vadisi 2004 Brindar 2004 Aynalar 2004 Görünmez Adam 2004 Bir Aşk Hikayesi 2005 Kısmet 2005 Asla Unutma 2005 Zaman Tüneli 2005 Silahların Gölgesinde 2005 Cennet Mahallesi 2006 Gen 2006 Köprü 2006 Meçhule Gidenler 2006 Taşa Yazılan Aşk 2006 Hayat Türküsü 2006 Selena 2007 Camgöz – Kan ve Vanilya 2007 Dağlar Delisi 2007 Kara Güneş 2008 Canım Ailem 2008 Beni Unutma 2008 Servet Avcısı 2009 Hesaplaşma 2009 Kapalıçarşı 2009 Abimm 2010 Harbi Define 2010 Sensiz Yaşayamam 2010 Çakıl Taşları 2011 Canan 2011 Firar 2012 Esir Şehrin Gözyaşları 2013 Merhamet 2014 Zeytin Tepesi 2014 Sesli Güldüm 2014 Otel Divane 2014 Gülcemal 2014 Ulan İstanbul 2015 O'nun Hikayesi 2016 El Değmemiş Aşk 2017 Bahtiyar Ölmez 2018 Baba 1,5 2018 Ege'nin Hamsisi 2019 Akıllara Seza 2020 Aile Şirketi 2020 Alef 2020 Maria ile Mustafa

Səsləndirmə İl Film 1970 New York'taki Herkül 1981 Şirinler 1984 Red Kit 1991 Robin Hood: Hırsızlar Prensi 1992 Yaratık 3 – Andrews 1993 Deli Balta 1994 Esaretin Bedeli 1996 Space Jam 1997 Hamam 1998 Armageddon 1999 Oyuncak Hikayesi 2 2000 El Dorado Yolu 2001 Akıl Oyunları 2003 Soğuk Dağ 2004 Ocean's Twelve 2004 Yarından Sonra 2006 Arabalar – Sheriff 2006 Da Vinci Şifresi 2011 Arabalar 2 – Sheriff 2015 Terminatör: Genisys – O'Brien

Mənbələr

Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə film aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları