Sönməz Atasoy () - Türkiyəli teatr və kino aktyorudur. Qurtlar Vadisi adlı televiziya serialında canlandırdığı Xəlil İbrahim Qapar obrazı ilə geniş tamaşaçı kütləsi tərəfindən tanınmışdır.

Həyatı və Fəaliyyəti Ankara Dövlət Konservatoriyasının teatr bölməsini bitirmişdir. 1968-ci ildə Dövlət Teatrlarında fəaliyyətə başlamış və bu qurumda 40 il ərzində həm aktyor, həm də rejissor kimi çalışmışdır. “Sərsəm ərin hiyləgər arvadı” (1973) və “Qanlı Nigar” (1984) tamaşalarındakı çıxışlarına görə iki dəfə “ən yaxşı aktyor”, “Ana xanım Qız xanım” tamaşasına görə isə “ən yaxşı rejissor” mükafatına layiq görülmüşdür. Onun quruluş verdiyi tamaşalar 1982-ci ildə Sofiyada keçirilən Dünya Teatr Festivalında “Ana xanım Qız xanım”, 1987-ci ildə Balkan Teatr Festivalında “Qonaq” və 1992-ci ildə Daşkənd Festivalında “Bir mən vardır məndə” nümayiş etdirilmişdir.

1975-ci ildə Cüneyt Gökçerin assistenti kimi başladığı səhnə pedaqoqluğu fəaliyyətini Ankara və İzmir Dövlət Konservatoriyalarında, həmçinin İstanbulda Müjdat Gezen Sənət Mərkəzi məktəbində, Yeditepe və Haliç universitetlərində davam etdirmişdir.

Televiziya tamaşaçıları arasında isə xüsusilə “Kurtlar Vadisi”, “Kurtlar Vadisi Terör” və “Kurtlar Vadisi Pusu” seriallarında canlandırdığı Xəlil İbrahim Qapar - Halo dayı obrazı ilə yadda qalmışdır.

2007-ci ildə özünün yazıb səhnələşdirdiyi “Kendi Gökkubbemiz” tamaşası ilə Nyu-Yorkda ilk dəfə türk tamaşaçıları qarşısında çıxış etmişdir. Böyük maraqla qarşılanan sənətçi dirijor İbrahim Yazıcı ilə birlikdə ABŞ-da ilk rəsmi türk teatrının yaradılmasında iştirak etmişdir. Onların ilk tamaşası “Qanlı Nigar” olmuş və bu tamaşa Brodveydə yerləşən, 1500 nəfərlik “The Town Hall” zalında səhnəyə qoyulmuşdur. Bu səhnədə ilk dəfə qızı Fadik Sevin Atasoy ilə birlikdə çıxış etmişdir. Sönmez Atasoy həmçinin Nyu-York Türk-Amerikan Sənət Cəmiyyətinin fəxri sədri olmuşdur.

2011-ci ilin dekabr ayında “Sakarya Fırat” serialının çəkilişləri üçün olduğu Isparta şəhərində ürək tutması keçirmiş və 15 dekabr 2011-ci ildə saat 00:15-də ürəyinin dayanması nəticəsində vəfat etmişdir.

Teatr Rejissor kimi Nasreddin Hoca Bir Gün — Kent Oyuncuları (2007) Kanlı Nigar — New York Türk Tiyatrosu (2007) Ölümsüzler — İstanbul Dövlət Teatrı (2005) Osmanlı Dram Kumpanyası — İstanbul Dövlət Teatrı (2001) Kaygusuz Abdal — İstanbul Dövlət Teatrı (2002) Otello'nun Ölümü — Adana Dövlət Teatrı (1999) Kurban — Van Dövlət Teatrı (1998) Kendi Gök Kubbemiz — Bursa Dövlət Teatrı (1998) Cengiz Han'ın Bisikleti — İzmir Dövlət Teatrı (1997) Mikado'nun Çöpleri — İzmir Dövlət Teatrı (1997) Deli İbrahim — İzmir Dövlət Teatrı (1995) Ay Işığında Şamata — İzmir Dövlət Teatrı (1993) Tamirci — Ankara Dövlət Teatrı (1991) Bir Ben Vardır Benden İçeri — Ankara Dövlət Teatrı (1991) Kaktüs Çiçeği — Trabzon Dövlət Teatrı (1988) Misafir — Bursa Dövlət Teatrı (1987) Yaşasın Tiyatro — Ankara Dövlət Teatrı (1985) Godot'u Beklerken — Ankara Dövlət Teatrı (1984) Kırık Testi — Ankara Dövlət Teatrı (1984) Gecikenler — Ankara Dövlət Teatrı (1982) Yerma — Ankara Dövlət Teatrı (1981) Ana Hanım Kız Hanım — Ankara Dövlət Teatrı (1981) Genç Osman — Ankara Dövlət Teatrı (1980) Tırpan — İzmir Dövlət Teatrı (1979) Teneke — İzmir Dövlət Teatrı (1979) Murtaza — İzmir Dövlət Teatrı (1978, rejissor köməkçisi) Güneşte On Kişi — İzmir Dövlət Teatrı (1978) Dirlik Düzenlik — İzmir Dövlət Teatrı (1976) Parkta Bir Sonbahar Günüydü — İzmir Dövlət Teatrı (1976) Bal Sineği — İzmir Dövlət Teatrı (1975) Maymun Davası — Ankara Dövlət Teatrı (1973, rejissor köməkçisi)

Aktyor kimi Teneke — Bakırköy Bələdiyyə Teatrları (2004) Osmanlı Dram Kumpanyası — İstanbul Dövlət Teatrı (2001) Haydutlar — İstanbul Dövlət Teatrı (2000) Kendi Gök Kubbemiz — Bursa Dövlət Teatrı (1998) Mikado'nun Çöpleri — İzmir Dövlət Teatrı (1997) Deli İbrahim — İzmir Dövlət Teatrı (1995) Marat/Sade — İzmir Dövlət Teatrı (1994) Kendi Gökyüzümüz — İzmir Dövlət Teatrı (1993) Bahar Noktası — Ankara Dövlət Teatrı (1993) Kendi Gökyüzümüz — Ankara Dövlət Teatrı (1990) Yunus Diye Göründüm — Ankara Dövlət Teatrı (1989) Sinan — Ankara Dövlət Teatrı (1988) Ölümsüzler — Ankara Dövlət Teatrı (1985) Kanlı Nigar — Ankara Dövlət Teatrı (1983) Ya Devlet Başa Ya Kuzgun Leşe — Ankara Dövlət Teatrı (1982) Kral Lear — Ankara Dövlət Teatrı (1981) Genç Osman — Ankara Dövlət Teatrı (1980) Sığıntılar — İzmir Dövlət Teatrı (1979) Murtaza — İzmir Dövlət Teatrı (1978) Sevgili Doktor — İzmir Dövlət Teatrı (1976) Parkta Bir Sonbahar Günüydü — İzmir Dövlət Teatrı (1976) Gecikenler — İzmir Dövlət Teatrı (1976) Fadik Kız — Ankara Dövlət Teatrı (1975) Suçsuzlar Çağı - Suçlular Çağı — İzmir Dövlət Teatrı (1975) Mutluluk — İzmir Dövlət Teatrı (1974) Yunus Emre — Ankara Dövlət Teatrı (1974) Maymun Davası — Ankara Dövlət Teatrı (1973) Sersem Kocanın Kurnaz Karısı — Ankara Dövlət Teatrı (1972) Bir Tavsiye Mektubu — Ankara Dövlət Teatrı (1972) Fatih — Ankara Dövlət Teatrı (1972) Küçük Tilkiler — Ankara Dövlət Teatrı (1972) Romeo ve Juliet — Ankara Dövlət Teatrı (1971) Çiçu — Ankara Dövlət Teatrı (1970) IV. Murat — Ankara Dövlət Teatrı (1970) Cadı Kazanı — Ankara Dövlət Teatrı (1969) Lysistrata — Ankara Dövlət Teatrı (1969) Zoraki Tabib — Ankara Dövlət Teatrı (1968) Sokrates'in Savunması — Ankara Dövlət Teatrı (1968) Akvaryum — Ankara Dövlət Teatrı (1968) Çınar Dede ile Ihlamur Nine — Ankara Dövlət Teatrı (1968) Şerefiye — Ankara Dövlət Teatrı (1967) Akad'ın Yayı — Ankara Dövlət Teatrı (1967) Göktaşı — Ankara Dövlət Teatrı (1966) Kırlangıçlar — Ankara Dövlət Teatrı (1966)

Yazdığı pyeslər Nasreddin Hoca Bir Gün Yedi Köyün Yargıcı Kendi Gök Kubbemiz Yaşasın Tiyatro Bizim Yunus Filmoqrafiya İl Layihə Rol Qeyd 1983 Aile Kadını 1992 3. İstasyon 1997 Yanlış Saksının Çiçeği 2004–2005 Kurtlar Vadisi Xəlil İbrahim Qapar 61–97-ci bölümlər 2005 Aynalar 2007 Ayrılık Agah Rəis 2007 Kurtlar Vadisi Terör Xəlil İbrahim Qapar 1–2-ci bölümlər 2007–2009 Kurtlar Vadisi Pusu Xəlil İbrahim Qapar 1–59-cu bölümlər 2009–2011 Sakarya Fırat Mürsəl Ağa 1–90-cı bölümlər

Mükafatları 1973 — Sanat Sevenler Derneği: Ən yaxşı kişi aktyor (Sersem Kocanın Kurnaz Karısı) 1984 — Sanat Kurumu: Ən yaxşı kişi aktyor (Kanlı Nigar)

Mənbələr

Xarici Keçidlər IMDb Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları