Ernestina Fürt (; ) — Avstriyalı qadın hüquqları uğrunda mübarizə aparan 'Neuen Wiener Frauenklub'un (Yeni Vyana Qadınlar Klubu) təsisçi üzvü, Avstriya qadınların səsvermə hüququ komitəsinin sədri və Avstriyada nəşr olunan 'Zeitschrift für Frauenstimmrecht' (Qadın Səsvermə Hüququ Jurnalı) nəşrinin redaktoru.Elisabeth Malleier, "Making the world a better place." Welfare and politics, welfare as politics? Activities of Jewish women in Vienna before 1938, Aschkenas, Volume 16, Issue 1, pp. 261–268 Həyatı Ernestina Fürt Avstriya tarixində mühüm bir fəal olsa da, onun şəxsi həyatı haqqında nisbətən az məlumat məlumdur. O, Praqalı varlı bir ailədə Ernestine Kiş (Kisch) olaraq danadan olub. O dövrdə Vyananın Sosial-Siyasi Partiyasının üzvü olan vəkil Emil fon Fürt ilə ailə qurub. Hər ikisi 1905-ci ildə yəhudilikdən imtina edərək dinlərini dəyişiblər. 1906-cı ildə Ernestina Fürt Leopoldina Qlokel ilə birlikdə Avstriya qadınların səsvermə hüququ komitəsini təsis etdi. O vaxtlar qanun qadınların hüquqi birliklərə üzv olmasını qadağan etdiyi üçün rəsmi bir qadın səsvermə hüququ birliyinin yaradılması ilkin mərhələdə mümkün deyildi. 1912-ci ilin martında Fürt, Vyanada keçirilən və Sisleytaniya (Cisleithanien) qadın səsvermə hüququ dərnəklərini vahid bir çətir təşkilatı altında birləşdirməyi hədəfləyən ilk Avstriya qadın səsvermə hüququ konfransının əsas təşkilatçılarından biri idi.

Onun oğlu, Lüdviq fon Mises və Fridrix Avqust fon Hayek ilə eyni çevrənin üzvü olan hüquqşünas və iqtisadçı Herbert Fürt idi. Ana və oğul 1938-ci ildə milli sosializmin yüksəlişi və Nasist rejiminin təqiblərindən xilas olmaq üçün birlikdə ABŞ-a qaçdılar.

Ernestina fon Fürt 31 oktyabr 1946-cı ildə Vaşinqtonda vəfat edib.

İstinadlar

Ədəbiyyat Elisabeth Malleier, Jüdische Frauen in der Wiener bürgerlichen Frauenbewegung 1890–1938. 2001, especially p. 59–65. Margarete Grandner, :de:Edith Saurer, Geschlecht, Religion und Engagement: Die jüdischen Frauenbewegungen im deutschsprachigen Raum (19. und frühes 20. Jahrhundert). Böhlau Verlag, Vienna 2005, .

Xarici keçidlər

Literature by and about Ernestine von Fürth in the German National Library catalogue