Üzüklərin hökmdarı: Qollum ovu — 2027-ci ildə buraxılacaq ABŞ filmi. Film macəra janrındadır və Üzüklərin hökmdarı romanına əsaslanır.

Mövzusu Filmdə elflər və Dunadeyn (insan irqlərindən biri) tərəfindən Qollumun axtarışı göstəriləcək. Filmdəki hadisələr "Üzük Qardaşlığı"nın açılış səhnəsində təsvir olunan hadisələrlə film trilogiyasının əsas hissəsi arasında, yəni Bilbo Baqqinsin ad günü ilə Frodo və yoldaşlarının Şayedən getməsi arasında baş verəcək hadisələr haqqındadır. Filmin prodüserlərindən biri olan Piter Cekson, filmin Tolkinin kitablarının "ruhu"na uyğun olacağına zəmanət vermişdir.

Rollarda Endi Serkis — Qollum (Smiqol) Ceymi Dornan — Araqorn Leo Vudal — Halvard Elayca Vud — Frodo Yan MakKellen — Qandalf Li Peys — Tranduil Keyt Vinslet — Mariqol

İstehsalı Endi Serkis həm filmin rejissoru təyin edilmişdir, həm də o, Qollum obrazını canlandıracaqdır. Viqqo Mortensenin Araqorn rolu yenidən canlandırması uzun müddət müzakirə olunmuşdur. 2026-cı ilin aprelində onun bu rolu təzədən canlandırmaqdan imtina etdiyi mətbuatda yayımlanmışdır. Bu tarixdə həm də aktyor heyəti haqqında məlumat yayılmışdır: Araqorn rolunu Ceymi Dornan, Halvard rolunu isə Leo Vudol canlandıracaq. Elayca Vud (Frodo), Yan MakKellen (Qandalf) və Li Peys (Tranduil) əvvəlki "Üzüklərin hökmdarı" filmlərindəki rollarını yenidən canlandıracaqlar. Keyt Vinslet Mariqold rolunu oynayacaq.

İstinadlar

Kateqoriya:2027-ci ilin filmləri Kateqoriya:ABŞ-nin döyüş filmləri Kateqoriya:ABŞ-nin fentezi filmləri Kateqoriya:Epik filmlər Kateqoriya:Gələcək filmlər Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Macəra filmləri Kateqoriya:New Line Cinema filmləri Kateqoriya:Üzüklərin hökmdarı Kateqoriya:Yeni Zelandiya filmləri