Solomiya Dmitriyevna Pavliçko (; ) — ukraynalı ədəbiyyatşünas, filosof, feminist və tərcüməçi. O, Ukraynada gender tədqiqatları və feminist təhlilin əsasını qoyan qabaqcıl alimlərdən biridir. Həyatı Solomiya Pavliçko 15 dekabr 1958-ci ildə Lvovda anadan olub. Atası tanınmış Ukrayna şairi Dmitro Pavliçko, anası isə həkim Bohdana Pavloçko idi. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Roman-German fakültəsinin ingilis və fransız dilləri ixtisasını bitirmiş, 1984-cü ildə ingilis ədəbiyyatı üzrə fəlsəfə doktoru dərəcəsini almışdır.Vitaly Chernetsky, 'Pavlychko, Solomea (Solomiia) Dmytrivna', Who's Who in Contemporary Women's Writing, ed. Jane Eldredge Miller, Routledge, 2001, p. 253
1985-ci ildə Ukrayna Milli Elmlər Akademiyasında çalışmağa başlayıb. Fəlsəfə elmləri doktoru, Kiyev-Mohıla Akademiyası Universitetinin professoru olan Pavliçko 1990-cı ildə Ukraynada qadın araşdırmalarının əsasını qoymaq təşəbbüsü ilə çıxış etmişdir. Vira Aqeyeva, Tamara Hundorova və Natalka Şumılonu əməkdaşlığa dəvət edərək, 1990-cı ilin sentyabrında Ukrayna Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunda feminizimdən bəhs edən seminar təşkil etmiş və bu hadisə ölkədə feminizmin metodologiyasının və gender tənqidinin tətbiq olunduğu ilk hadisə idi. Bu qadınlar "Slovo i Ças" (Söz və Zaman) akademik jurnalında feminizmin təbliği üçün bölmə yaratmışdılar. Nəticədə 1991-ci ildə Pavliçkonun "Ukrayna ədəbiyyatşünaslığı üçün feminist məktəb lazımdırmı?" adlı məqaləsi işıq üzü görmüşdü. Bu tədqiqatçıların fəaliyyəti Ukraynanın digər universitetlərində də qadın və gender araşdırmaları proqramlarının qurulmasında böyük rol oynadı. Pavliçko Harvard Universiteti və Alberta Universiteti kimi nüfuzlu təhsil müəssisələrində mühazirələr oxumuş, həmçinin yenidən fəaliyyətə başlayan Kiyev-Moqila Akademiyasında dərs demişdir.
Pavliçko Ukrayna Yazıçılar Birliyinin üzvü olub. O, həmçinin Alberta Universitetində və Fulbrayt təqaüdçüsü olduğu Harvard Universitetində qonaq professor kimi də fəaliyyət göstərib. 1992-ci ildən Kiyevdəki "Osnovı" nəşriyyatının redaksiya heyətinin rəhbəri olub. Pavliçko, Amerika romantizmi, Corc Bayron, müasir ingilis romanı və Ukrayna ədəbiyyatında modernizm haqqında bir sıra tədqiqatların müəllifidir. Onun Ukrayna müstəqilliyinin ilk illərindən (1990-91) bəhs edən "Kiyevdən məktublar" adlı memuarı 1992-cı ildə ingilis dilində nəşr olunub. Pavliçko "Ukrayna Ədəbiyyatında Modernizm diskursu" mövzusunda doktorluq dissertasiyasını 37 yaşında müdafiə edib. Bu elmi işi əsasında nəşr etdirdiyi eyniadlı kitabı Ukrayna ziyalıları arasında bestsellerə çevrildi. Pavliçko, həm də tərcüməçi idi. O, Vilyam Qoldinqin "Milçəklər tanrısı" (Kiyev, 1999) və David Lavrensin "Ledi Çatterleyin sevgilisi" əsərlərini ukrain dilinə tərcümə etmişdi. Pavliçko, həmçinin Dünya Bankı/YUNESKO-nun İnkişaf etməkdə olan Ölkələrdə Ali Təhsil üzrə İşçi Qrupunun fəaliyyətinə töhfəsini vermiş və həmin qrupun hesabatı 2000-ci ilin fevralında dərc olunmuşdu. Solomiya Pavliçko ukraynalı şair və şərqşünas Aqafangel Krımskinin bioqrafiyasını tamamlamadan vəfat etdi.
Solomiya Pavliçko 31 dekabr 1999-cu ildə təsadüfi dəm qazı zəhərlənməsindən vəfat edib. 2000-ci il yanvarın 4-də Kiyevin Baykovo qəbiristanlığında dəfn olunub. Ailəsi Kiyevdə böyüməsinə baxmayaraq, Pavliçko Qərbi Ukraynalı olduğunu və hutsul etnik qrupuna aid olduğunu vurğulayır. Kitab və incəsənət kolleksiyaçısı kimi tanınan Pavliçko suşi və futbol oyunlarını çox sevir.
Onun ilk evliliyi ukraynalı yazıçı Pavel Zaqrebelninin oğlu Mixaylo Zaqrebelni ilə olmuşdur. Cütlüyün 1987-ci il təvəllüdlü Bohdana (Dana) adlı bir qızı var. 1990-cı ildə Zaqrebelnidən ayrıldıqdan sonra Pavliçko, həmkarı, kanadalı politoloq Bohdan Kravçenko ilə ailə həyatı qurmuşdur. Anasının yolunu davam etdirən Dana 2011-2024-cü illərdə "Osnovı" nəşriyyatına rəhbərlik etmişdir.
Fəaliyyəti Hələ orta məktəb illərindən Solomiya, o dövrdə "Vsesvit" jurnalının baş redaktoru işləyən atasından müasir Britaniya ədəbiyyatı mövzusunda məsləhətlər alırdı. Təhsili müddətində yeni ingilis romanlarını tədqiq edir, Bayronun yaradıcılığını araşdırır, Tomas Sternz Eliotun tərcümələrini redaktə edir və Emili Dikinsonun əsərlərini tərcümə edirdi. Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra xarici ədəbiyyat üzrə araşdırmalarını davam etdirsə də, 1990-cı ildə Vyaçeslav Bryuxovetskini dəvəti ilə ədəbiyyat nəzəriyyəsi sahəsində fəaliyyətə başlayır.
Ukrayna ədəbi modernizminə həsr olunmuş əsərlərində o, Lesya Ukrainkadan tutmuş "Güllələnmiş intibah" nəslinə və İkinci Dünya müharibəsindən sonrakı mühacirət dövrünə qədər geniş bir müəllif spektrinin yaradıcılığına dair öz baxış bucağını yazmışdır. Ukraynanın ədəbiyyatnümunələrini Avropa ölkələrinin ədəbiyyat nümunələri ilə müqayisə edən Pavliçko, Ukrayna mədəniyyətinin Qərb mədəniyyət sahəsinin bir hissəsi olması ideyasını da tərənnüm edib. O, modernizmə müasir liberal demokratiyanın qurulması və Ukraynanın totalitar mirasının alt-üst edilməsi kimi baxır. Feminizm onun tərəfindən patriarxal dəyərlərin, ənənəvi gender rollarının və Sovet dövründə tətbiq edilmiş kanonların dekonstruksiyasında mühüm bir alət kimi görülür.
1992-ci ildə Pavliçko tərəfindən Boqdan Kravçenko ilə birlikdə təsis edilmiş "Osnovı" nəşriyyatı klassik humanitar əsərləri Ukrayna ictimaiyyəti üçün əlçatan etməyi hədəfləyirdi. Bu nəşriyyat Simona de Bovuar, Mişel Fuko, Maks Veber, Mirça Eliade, Karl Popper, Ronald Dvorkin və Con Rolz kimi müəlliflərin əsərlərini ukrain dilində nəşr etdirən ilk nəşriyyat olmuşdur.
Əsərləri Amerikan Romantizminin Fəlsəfi Poeziyası (rus dilində, Kiyev, 1988) Bayron: Həyatı və yaradıcılığı (ukrain dilində, Kiyev, 1989) Kiyevdən məktublar (ingilis dilində, Edmonton, 1992) Düşüncə labirintləri: Müasir Böyük Britaniyanın İntellektual romanı (ukrain dilində, Kiyev, 1993) Ukrayna Ədəbiyyatında Modernizm diskursu (ukrain dilində, Kiyev, 1997, 2-ci nəşr 1999) Milliyyət, Seksuallıq, Oriyentalizm: Ahatanhel Krımskinin mürəkkəb dünyası (ukrain dilində, Kiyev, 2000, 2-ci nəşr 2001) Xarici ədəbiyyat: Tədqiqatlar və tənqidi məqalələr (ukrayna dilində, Kiyev, 2001) Ədəbiyyat nəzəriyyəsi (ukrain dilində, Kiyev, 2002) Feminizm: Məqalələr, tədqiqatlar, fikir mübadilələri və müsahibələr (ukrain dilində, Kiyev, 2002)
İstinadlar
Xarici keçidlər Pavlychko's books published by the Canadian Institute of Ukrainian Studies (CIUS)Press Google books "Post-Soviet Women: from the Baltic to Central Asia" Cambridge Catalogue "Women in Russia and Ukraine" "Feminism, intellectuals and the formation of micro-publics in postcommunist Ukraine" University of Toronto Solomea Pavlychko Stipend Pledge Form Being a Woman in Ukraine Obituary in The Ukrainian Weekly
Kateqoriya:XX əsr qadın yazıçıları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Ukrayna ədəbi tənqidçiləri Kateqoriya:Ukrayna filosofları