Əbdülhüseyn Həjir () () — İran siyasi və dövlət xadimi. Şah Məhəmməd Rza Pəhləvinin hakimiyyəti dövründə İranın Baş naziri vəzifəsini icra etmişdir. O, Pəhləvilər sülaləsi dövründə 10 dəfə nazir olmuşdur. Onun vəzifələrindən biri Maliyyə naziri idi.

Həyatı Əbdülhüseyn Həjir 1899-cu ildə İranın Tehran şəhərində anadan olmuşdur. Tehranda Darülfünun məktəbini bitirdikdən sonra İranın Sovet İttifaqında fəaliyyət göstərən səfirliyində fəaliyyət göstərmişdir. İran Baş naziri Əhməd Qəvamın hökuməti dövründə Həjir maliyyə naziri vəzifəsini tutmuşdur.Aschraf Pahlavi: Faces in the mirror. Prentice-Hall, 1980, S. 79f.

13 iyun 1948-ci il tarixində Əbdülhüseyn Həjir ölkənin baş naziri olmuşdur. Təyinatından dərhal sonra o, Ayətullah Əbülqasim Kaşani tərəfindən kəskin tənqid olunmuşdur. Kaşani Həjiri Britaniya imperiyasının casusu adlandırmışdır. Əbülqasim Kaşani yeni baş nazirə qarşı nümayişlər təşkil etmişdir. Kaşani "İslam Fədailəri" təşkilatının lideri Nəvvab Səfəviyə yaxın ruhanilərdən biri olmuşdur. Bundan başqa, Həjir media orqanlarının tənqidlərinə məruz qalmışdır. Onlardan biri də Baş nazir Həjiri tez-tez lağa qoyan karikaturalara görə hökumət tərəfindən bağlanan "Tofiq" adlı satirik jurnal idi.

Əbdülhüseynin bu vəzifəyə təyin edilməsi İran rəhbərliyinin İngiltərə–İran Neft Şirkətinin fəaliyyətini tənzimləyən yeni bir müqavilə imzalamaq planı ilə bağlı olmuşdur. İran parlamenti ölkədəki neft hasilatından daha yüksək gəlir faizi əldə etmək niyyətində idi. Əbdülhüseyn Həjir müvafiq sazişi hazırlamışdır, lakin ona qarşı davam edən nümayişlər səbəbindən vəzifəsindən istefa verdiyi üçün sənədi şəxsən imzalamamışdır.Gholam Reza Afkhami: The life and time of the Shah. University of California Press, 2009, S. 118.

Əbdülhüseyn Həjirin kabinetində Mənuçöhr İqbal maarif nazirliyinə rəhbərlik etmiş, o burada "Siyasəti təhsildən ayıraq" şüarı altında təhsil islahatına başlamış və parlamentə mətbuat haqqında qanun təqdim etmişdir.

4 fevral 1949-cu il tarixində şah Məhəmməd Rza Pəhləviyə qarşı sui-qəsd cəhdi baş vermişdir. Sui-qəsdi icra edən Fəxr Aray şaha bir neçə dəfə atəş açmış, lakin yaralar ölümcül olmamışdır.Gholam Reza Afkhami: The life and time of the Shah. University of California Press, 2009, S. 117. Bu hadisədən sonra sui-qəsdin təşkilatçılarına qarşı repressiyalar başlamış, xüsusilə İran Xalq Partiyası ("Tudə") qadağan edilmişdir, lakin Məhəmməd Rza Pəhləvi rejiminin müxalifləri fəaliyyətlərini dayandırmamış və 4 noyabr 1949-cu il tarixində "İslam Fədailəri" təşkilatının üzvü Hüseyn İmami Tehran məscidinin girişində Əbdülhüseyn Həjirə bıçaqla xəsarət yetirmişdir.Taheri, Amir, Spirit of Allah : Khomeini and the Islamic Revolution, Adler and Adler 1985, p. 98 Növbəti gün Həjir aldığı yaralardan xəstəxanada vəfat etmişdir.Catherine & Jacques Legrand: The Shah of Iran. Creative Publishing International,1989, S. 61.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:İran baş nazirləri Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:XX əsr İran siyasətçiləri Kateqoriya:İran şəxsləri