Anna Katarjina Karaşevskaya (; ) — polyak sosioloq, iqtisadi və sosial aktivist, həmçinin Qadınlar Konqresi İdarə Heyətinin sədri (2019–indiyədək).
Erkən həyatı və təhsili Karaşevskaya, Varşava Universitetinin Tətbiqi Sosial Elmlər fakültəsindən sosiologiya ixtisası üzrə məzun olub. O, təhsilini qadınların ictimai və siyasi təşviqi sahəsində doktorantura pilləsində davam etdirib və Varşava İqtisadiyyat Məktəbində həm magistr, həm də fəlsəfə doktoru dərəcələrinə yiyələnərək məzun olub. Bundan əlavə, o, Brüggedəki Avropa Kollecində də magistr dərəcəsinə yiyələnib.
Polyak olan Karaşevskaya, ingilis və fransız dillərində səlis danışır.
Karyerası Karaşevskaya, 1999-cu ildən 2011-ci ilə qədər magistratura və aspirantura pillələrində mühazirələr verərkən, Varşava İqtisadiyyat Məktəbinin professor-müəllim heyətinin üzvü olub. 2009-cu ildə o, Polşa Qadınlar Konqresinin təsisçi üzvlərindən biri olub və sonra onun prezidenti seçilib.
Bundan sonra, Anna Karaşevskaya 2012-ci ildə Polşanın ilk milli qadın sahibkarlar şəbəkəsini və Polşa qadınlarının gələcək inkişafı üçün dəstək sistemini qurub.
Karaşevskaya, həmçinin 2013–2014-cü illərdə Polşada iqtisadiyyatı və sahibkarlığının inkişafı üçün əlverişli şəraitin yaradılması istiqamətində fəaliyyət göstərən "Lewiatan" konfederasiyasında baş direktorun müavini vəzifəsində çalışıb və bu təşkilatın Brüsseldəki fəaliyyətinin təşkilatçısı olub.
2019-cu ildə Varşava merinin təqdimatı ilə Anna Karaşevskaya, Varşava Qadınlar Şurasına üzv seçilib. Şura, bərabərlik və qadın hüquqlarının qorunması ilə yanaşı, qadınlar üçün təhlükəsizlik və dəstək proqramları, HPV-yə (insan papilloma virusu) qarşı peyvəndləmə və həkimlərin bəzi tibbi prosedurlardan imtina hüququ olmadan səhiyyə xidmətlərinə çıxışın təmin edilməsinə dəstək verir.
Mükafatları Karaşevskaya 2005-ci ildə Polşa Respublikasının Prezidenti Aleksandr Kvasnevski tərəfindən "Gümüş Xidmət Xaçı" ilə təltif olunub. Əlavə olaraq, o, ABŞ Dövlət Departamenti və "Fortune" jurnalının təşkil etdiyi lider qadınlar üçün beynəlxalq mentorluq proqramında da iştirak edib.
İstinadlar