Eva Mariya Kavaş Puk (; ) — Eva Mariya adı ilə tanınan Sloveniya mənşəli Lüksemburqlu müğənni, skripkaçı və bəstəkar. O, Vyanada keçirilən "2026 Avroviziya Mahnı Müsabiqəsi"ndə "Mother Nature" mahnısı ilə Lüksemburqu təmsil edib.
Həyatı Eva Mariya Puk 24 dekabr 2005-ci ildə Lüksemburqda anadan olub və boya-başa çatıb. Onun valideynləri Lyublyana və Beltintsi şəhərlərindən olan sloveniyalı mühacirlər olub. Onlar 2003-cü ildə Avropa İttifaqı təsisatlarında işləmək üçün Lüksemburqa mühacirət ediblər. Onun üç kiçik qardaşı var və fransız, ingilis, sloven, xorvat, lüksemburq dilləri daxil olmaqla beş dildə danışır. Eva Mariya həmçinin bir qədər alman dilini də bilir.
O, II Lüksemburq Avropa Məktəbində təhsil alıb və təhsilini Lüksemburq Konservatoriyasında davam etdirərək burada çoxşaxəli musiqi təhsili alıb. 2026-cı il üçün o, London Müasir Musiqi İfaçılığı İnstitutunda (Institute of Contemporary Music Performance) mahnı müəllifliyi (songwriting) üzrə sonuncu kursda təhsil alır.
Avroviziya Mahnı Müsabiqəsi 2026 30 oktyabr 2025-ci ildə "RTL Lëtzebuerg" telekanalı Eva Mariyanın "Luxembourg Song Contest 2026" milli seçim turunda "Mother Nature" mahnısı ilə iştirak edəcəyini elan edib. O, 24 yanvar 2026-cı ildə keçirilən finalda həm münsiflər heyətinin, həm də səsvermə hüququ olan tamaşaçıların səsini qazanaraq qalib olub. Nəticədə o, Avstriyanın Vyana şəhərində keçirilən "Avroviziya-2026" mahnı müsabiqəsində Lüksemburqu təmsil etmək hüququ əldə edib. O, 14 may 2026-cı ildə keçirilən ikinci yarımfinalda 4-cü nömrə altında çıxış edib, lakin böyük finala vəsiqə qazana bilməyib. Bu, Lüksemburqun 2024-cü ildə müsabiqəyə qayıtmasından bəri finala yüksələ bilmədiyi ilk müğənni olub. Diskoqrafiya
Sinqllər Adı İl Çatlarda ən yüksək mövqeyi Albom LUX "When 2 Lovers Meet" 2021 — rowspan="5" "Toxic Trait" 2023 — "Time to Go" 2025 — "Sweet Child" — "Mother Nature" 25 "—" həmin ərazidə siyahıya alınmayan və ya yayımlanmayan bir qeydi ifadə edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Lüksemburq müğənniləri Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi iştirakçıları Kateqoriya:Lüksemburqun "Avroviziya" təmsilçiləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XXI əsr skripkaçıları