Monika Kuşinskaya (; ) — Polşalı müğənni və şair. O, "Varius Manx" qrupunun keçmiş vokalçısı olub. Vyanada keçirilən 60-cı Avroviziya Mahnı Müsabiqəsində Polşanı təmsil edib. Həyatı Monika Kuşinskaya 14 yanvar 1980-ci ildə anadan olub. O, Lodz şəhərindəki Boleslav Prus adına XXI ümumtəhsil liseyini bitirib. Ali təhsil alaraq incəsənət magistri dərəcəsinə yiyələnib. "Musiqi terapevti" ixtisası üzrə diploma sahibdir. Özünün ilk qrupu olan "Farenheit" ilə birlikdə "Film" sinqlını buraxıb. Bu əsərin yazılışı zamanı "Varius Manx" qrupunun lideri Robert Yansonun diqqətini çəkib. 2000-ci ilin sonunda Kasya Stankeviçi əvəz edərək bu qrupun vokalçısı olub. 2001-ci ildə ilk birgə albomları olan "Eta" işıq üzü görüb. Növbəti il qrupla birlikdə Baltikyanı Ölkələrin Festivalına yollanıb və burada "Moje Eldorado" mahnısının ifasına görə qran-pri qazanıb. Həmin 2002-ci ildə növbəti "Eno" albomu buraxılıb. 2004-cü ildə qrup Opole şəhərində xüsusi bir gecə ilə özünün 15 illiyini qeyd edib. "Emi" albomu işıq üzü görüb.
Simfonik layihəsi və yaradıcılığı 2006-cı ildə qrup Monikanın iştirakı ilə dördüncü albomunu yazdırıb (sonradan məlum olduğu kimi, bu, onların sonuncu birgə albomu olub). Bu, çox qeyri-adi bir layihə idi. Qrupun ən məşhur mahnıları simfonik orkestrin müşayiəti ilə lentə alınıb. Bu diskə, həmçinin qrupun digər albomlarında heç vaxt yer almayan və mətnlərinin müəllifi Monika olan 3 studiya mahnısı da daxil edilib. Diskdə Monikanın əsas yazının aparıldığı orkestrlə canlı konsertin tamaşaçılarına müraciətini əks etdirən 2 səs yazısı mövcuddur.
2006-cı ildə qrupun Amerikada bir sıra konsertlərinin keçirilməsi və Kaliforniyadakı səsyazma studiyasında amerikalı birinci dərəcəli ulduzlarla çalışan prodüser Cey Baumqartner ilə studiya albomunun yazdırılması planlaşdırılıbdı. Prodüser Monikanın "Bezimienna" mahnısını (premyerası 2005-ci ildə olub) dinlədikdən sonra bu mahnıya və xüsusən də vokalçının uca, təmiz səsinə heyran qalaraq ona və musiqiçilərə şəxsi əməkdaşlıq dəvəti göndərib. Mahnının özü 2006-cı ilin aprelində onun studiyasında yazdırılıb. Lakin bu möhtəşəm perspektivləri 28 may faciəsi yarımçıq qoyub.
Avtomobil qəzası 28 may 2006-cı ildə (səhər erkən) Kuşinska qrupun digər üzvləri ilə (qrup lideri, səs rejissoru və gitaraçı) birlikdə Miliç yaxınlığında avtomobil qəzasına düşüb. Avtomobili Robert Yanson idarə edirmiş. Hamıdan çox xəsarət alan vokalçının onurğası qırılıb, qabırğaları sınıb və ciyərləri zədələnib. O vaxtdan bəri Monikanın bədəninin aşağı hissəsi iflic olub və o, əlil arabasında hərəkət edir. 16 iyul 2006-cı ildə Sopotda keçirilən "TOPtrendy 2006" festivalı çərçivəsində qəzada zərərçəkənlərə yardım məqsədilə xüsusi konsert təşkil olunub. 2010-cu illərdə 2009-cu ildə Beata Bednajın "Pasja miłości" albomu işıq üzü görüb və bu albomda Kuşinska özünün müəllifi olduğu "Nowa rodzę się" mahnısını ifa edib. 2010-cu ilin fevralında "Varius Manx" qrupunun heyətində müğənnini Anna Yuzefina Lyubinetska (Lari Lu) əvəzləyib. Həmin ilin iyununda, qəzadan sonra ilk dəfə olaraq, Monika ictimaiyyət qarşısında çıxış edərək "Dzień Dobry TVN" proqramında "Nowa rodzę się" mahnısını səsləndirib. 2012-ci ildə TVP2 kanalında yayımlanan "Bitwa na głosy" tele-müsabiqəsində Lodz komandasının məşqçisi olub. Öz qrupu ilə birlikdə 5-ci yeri tutub. Şounun final mərhələsində onun "Ocaleni" mahnısının premyerası baş tutub. İyunun 2-də bu mahnı ilə Opole şəhərində keçirilən 49-cu Polşa Mahnı Festivalının "Premyera" nominasiyasında iştirak edib. 12 iyun 2012-ci ildə isə onun "Ocalona" adlı ilk solo albomu işıq üzü görüb.
2013-cü ilin fevralında televiziya akademiyasının "Wiktory" mükafatına "Mahnı və estrada ulduzu" nominasiyasında namizəd göstərilib. Elə həmin vaxt "Dzień Dobry TVN" proqramında insan talelərindən bəhs edən verilişlər silsiləsinin aparıcısı olub. 14 aprel 2014-cü ildə "ONA to SKARB" mükafatı üçün keçirilən sorğuda qalib gəlib.
2015-ci ilin mayında Kuşinska Vyanada keçirilən 60-cı Avroviziya Mahnı Müsabiqəsində "In the Name of Love" mahnısı ilə Polşanın təmsilçisi kimi çıxış edib. Mahnının Polşa variantı olan "Obudź się i żyj" müğənninin 2016-cı ilin baharında dərci planlaşdırılan yeni albomunun rəsmi sinqlına çevrilib.
4 noyabr 2015-ci ildə Monika Kuşinskanın "Başqa bir həyat" ("Drugie Życie") adlı avtobioqrafik kitabı nəşr olunub. Bu kitabda Monika onu iflic qoyan faciədən sonrakı həyatının təfərrüatlarından, əlil arabasına məhkum olmasına baxmayaraq, aktiv həyata və böyük səhnəyə necə qayıtmasından, zəifliklərinə və qorxularına necə qalib gəlməsindən bəhs edib. O, özünün yeni imkanlarına, həyata və dünyaya baxışını bölüşərək, bütün qəlbi ilə inanır ki, bu kitab sağlamlıq uğrunda mübarizə aparan və həyatın ən çətin anlarını yaşayan hər bir insana inam və ümid bəxş edəcək. Kitabın təqdimatı noyabrın 9-da Varşavadakı bir kitab-musiqi mağazasında baş tutub. Monika öncə tamaşaçılar üçün konsert proqramı ilə çıxış edib (bu konsertdə onu məşhur bəstəkar, müğənni və gitaraçı Bartek Gjanek müşayiət edərək gitara çalıb və onunla birlikdə oxuyub). Daha sonra kitabın geniş təqdimat mərasimi başlayıb; bu zaman Monika və kitabın redaktoru Katarjina Pjıbışevska mətbuatın suallarını ətraflı şəkildə cavablandırıb və tədbir Monikanın alınan kitabları uzun müddət imzalaması ilə yekunlaşıb. Şəxsi həyatı 2011-ci ildə Kuşinska Yakov Raçinski ilə ailə həyatı qurub. 2013-cü ildə cütlük "Pani" jurnalı tərəfindən "ən yaxşı Polşa cütlüklərinə" verilən "Gümüş alma" mükafatına layiq görülüb.
Monika heyvanları çox sevir. Onun evində 2 dişi pişik, 1 erkək pişik və 1 it yaşayır. Onlardan bir pişik və iti Monika doğma Lodz şəhərindəki Sahibsiz Heyvanlar Sığınacağından götürüb.
Monikanın özündən 5 yaş kiçik Marta adlı bacısı var. O, tanınmış geyim dizayneri olub, bacısının 2015 Avroviziya Mahnı Müsabiqəsindəki don və kostyumlarını məhz o hazırlayıb və onun şəxsi imicmeykerinə çevrilib. 2006-cı il faciəsindən sonra Monikanın yenidən həyata qayıtmasına məhz Marta kömək edib. O, təhsilini yarımçıq qoyaraq, qəza nəticəsində iflic olan xəstə bacısına baxıb. Uşaqlıq və gənclik illərində isə Monika Martanın qayğısına çox qalıb, onu bütün dərslərinə, məktəbə, kurslara aparıb-gətirib və kiçik bacısının onda bir dayaq və müdafiə hissi duyması üçün çalışıb.
Faciədən sonra Monika avtomobil idarə etməyi yenidən öyrənib. O, maşını özü sürür və hələ 2010-cu ildə tibbi tədbirlərə öz avtomobili ilə gedib.
Bu günə qədər Monika, həyat yoldaşı Yakov və yaxınları onun yenidən gəzə biləcəyinə inanırlar.
2004-cü ildən 2005-ci ilin sonuna qədər Monika Kuşinskanın Polşanın "Blue Café" musiqi qrupunun lideri Pavel Rurak-Sokal ilə romantik münasibətləri olub.
May ayında o, Stokholmda təşkil olunmuş 61-ci Avroviziya Mahnı Müsabiqəsi iştirakçılarının mübarizəsini qiymətləndirən Polşa münsiflər heyətinin üzvü olub.
1 iyun 2017-ci ildə o, həyat yoldaşı Yakub Raçinskinin qonaq vokalçı kimi müşayiəti ilə yazdırdığı "To taka Miłość" mahnısını təqdim edib. Bu əsər onların bir neçə ay əvvəl dünyaya gəlmiş oğullarına həsr olunub. Onların qızları isə 2018-ci ilin dekabrında anadan olub. Mükafatları "Qızıl Xidmət Xaçı" ordeni (2013) — bədii fəaliyyətinə və xeyriyyəçilik sahəsindəki, xüsusən də əlilliyi olan şəxslərin idmanının inkişafındakı xidmətlərinə görə layiq görülüb.
Diskoqrafiya Solo albomları Adı Təfərrüatlar Çartlarda yüksək mövqeyiPOLOcalona Buraxılış tarixi: 12 iyun 2012 Leybl: EMI Music Poland Format: CD, Musiqi yükləmə 40
Varius Manx qrupu ilə birlikdə Adı Təfərrüatlar Çartlarda yüksək mövqeyiPOLEta Buraxılış tarixi: 27 avqust 2001 Leybl: Pomaton EMI Format: CD 13Eno Buraxılış tarixi: 19 oktyabr 2002 Leybl: Pomaton EMI Format: CD, Musiqi yükləmə 15Emi Buraxılış tarixi: 31 mart 2004 Leybl: Pomaton EMI Format: CD, Musiqi yükləmə —
İstinadlar
Xarici keçidlər
Monika Kuszyńska ma fanklub w Rosji! POWAŻNY WYPADEK VARIUS MANX Artystyczny powrót Moniki Kuszyńskiej ZNAMY NOMINOWANYCH DO WIKTORÓW Monika Kuszyńska i Kuba Gąsowski twarzami «Dzień dobry TVN» Przyznano nagrody «ONA to SKARB» Monika Kuszyńska to represent Poland in Vienna «In The Name Of Love» Moniki Kuszyńskiej na Eurowizji 2015 Monika Kuszyńska już po ślubie! GWIAZDY NA GALI SREBRNE JABŁKA Odznaczenia za zasługi dla rozwoju sportu osób niepełnosprawnych Моника — участница Евровидения 2015 Monika Kuszynska (@monika_kuszynska_official) • Фото и видео в Instagram
Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Polşa müğənniləri Kateqoriya:Polşanın "Avroviziya" təmsilçiləri