Əbu Ömər Haşim ibn Utbə ibn Əbi Vəqqas əz-Zöhri (; ) — səhabə, Raşidi xilafəti sərkərdəsi. O, Səd ibn Əbu Vəqqasın qardaşı oğludur.
Həyatı Məkkənin fəth edildiyi gün qardaşı Nafi ilə birlikdə İslamı qəbul etdi. Yərmük döyüşündə gözlərindən birini itirdiyi üçün "Əvər" ləqəbi ilə tanınırdı. Bir digər ləqəbi isə "Mirqəl" idi.
Yərmük döyüşü, Qadisiyyə döyüşü, Cəlulə döyüşü və digər döyüşlərdə iştirak etdi. Siffində Əlinin tərəfində döyüşmüş və həmin döyüşdə də Haris ibn Munzir tərəfindən öldürülmüşdür. Mənbələrdə onun ölümdən əvvəl bir ayağını itirdiyi də qeyd edilir.
İstinadlar
Kateqoriya:Səhabələr