"My System" – İsveç müğənnisi Felisiya Erikssonnun ifa etdiyi sinql. Kompozisiya 6 fevral 2026-cı il tarixində "Warner Music Sweden" leybl şirkəti tərəfindən ifaçının eyniadlı debüt mini-albomunun təbliği məqsədilə buraxılmışdır. Mahnının müəllifləri Audun Aqnar, Emili Harbakk, Culi Berqan, Tereza Reks və ifaçının özüdür.
Kompozisiya rəsmi İsveç satış hit-paradında birinci yerə yüksəlmişdir.
Avroviziya Mahnı "Melodifestivalen 2026" müsabiqəsində qələbə qazanmış və bu, ifaçıya Vyanada keçirilən 70-ci Avroviziya Mahnı Müsabiqəsində İsveçi təmsil etmək hüququ vermişdir. Səhnədə Felisiyanı rəqqaslar Paulina Eddeborn, Daniel Qyurov, Lamin Holmen, Milena Yatsunyak, Daniel Koyvunen və Niklas Arlerid müşayiət etmiş, Melani Vehbe isə bek-vokalda çıxış etmişdir. Çıxışın quruluşu və bədii rəhbərliyinə Lotta Furebak cavabdeh olmuş, səhnə tərtibatı və xoreoqrafiya isə Keyşa fon Arnold, Saşa Jan-Batist, Zain Odelstol və Cenni Videqren tərəfindən hazırlanmışdır.
Mahnı 2026 Avroviziya Mahnı Müsabiqəsinin birinci yarımfinalından növbəti mərhələyə adlamış və burada 96 xalla doqquzuncu yeri tutmuşdur. Final mərhələsində isə kompozisiya 51 xal toplayaraq 20-ci sırada qərarlaşmışdır.
İstinadlar
Kateqoriya:2026 Avroviziya Mahnı Müsabiqəsi mahnıları Kateqoriya:2026-cı ilin sinqlları Kateqoriya:İngilis dilində mahnılar