Piter Pen əməliyyatı (və ya Operación Pedro Pan) 1960–1962-ci illər ərzində ABŞ-yə ayrı–ayrı gələn, müşayiətsiz 14,000-dən çox Kuba uşağının (6–18 yaş arası) gizli miqrasiyası idi. Bu uşaqlar valideynləri tərəfindən göndərilirdi; valideynlər ABŞ tərəfindən yayılan, lakin sübutlanmamış şayiələr əsasında, Fidel Kastro və Kommunist partiyasının onların valideynlik hüququnu ləğv edib yeniyetmələri "kommunist tərbiyə düşərgələrinə" yerləşdirəcəkləri qorxusuna düşmüşdülər. Bu cür tədbirlər Kastro rejimi tərəfindən heç vaxt həyata keçirilməmişdi.
Proqramın iki əsas hissəsi vardı: Kuba uşaqlarının təyyarə ilə ABŞ-yə, əsasən Mayamiyə kütləvi daşınması və onların ABŞ-yə çatdıqdan sonra baxımının təşkili. Hər iki hissə Katolik Xeyriyyəçi Bürosunun rəisi Padre Bryan O. Valş tərəfindən idarə olunurdu. Bu əməliyyat o dövrdə Qərb Yarımkürəsində ən böyük miqrasiyalardan biri idi. Bu proqramın fəaliyyəti insanlar tərəfindən Kastro əleyhinə siyasi bir qurum kimi hesab edilməsin deyə gizli şəkildə aparılırdı.
İstinadlar
Kateqoriya:1960-cı illərdə ABŞ Kateqoriya:Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən keçirilmiş əməliyyatlar Kateqoriya:Kuba tarixi