Boş türk yəhəri sindromu ― () diaphragma sellae zədələnməsi nəticəsində beyin-onurğa beyni mayesi (BOS) sella turcica boşluğuna daxil olur və hipofiz vəzinin atrofiyasına səbəb olur. Bu vəziyyət ilkin (idiopatik) və hipofiz cərrahiyyəsi, radioterapiya, doğuşdan sonrakı hipofiz infarktı (Şixan sindromu) və ya hipofiz şişləri nəticəsində də inkişaf edə bilər. Bu halda ikincili boş türk yəhəri sindromu adlanır. Adətən simptomsuz (asimptomatik) olur. Hipofiz çatışmazlığına səbəb ola biləcəyi üçün boş türk yəhəri sindromundan şübhələnilən xəstədə ön hipofiz hormonlarının qiymətləndirilməsi vacibdir.
İstinadlar
Xarici keçidlər