İndra ( və ya , indra) — Hinduizmdə hava və müharibə allahı, Cənubət və ya Svarqalokanın (Cənnətin) hökmdarı. O, hind coğrafiyasından kənar ənənələrdə də yer alan mühüm bir fiqurdur. Hind mifologiyasının ən qədim və ən böyük allahlarından biridir. Hindlilərin ən mühüm dini mənbələri olan Vedalardan "Riqveda" ilahilərinin təxminən dörddə biri məhz ona həsr edilmişdir ki, bu da digər bütün allahlara həsr olunan ilahilərin sayından çoxdur. 1028 ilahidən ibarət olan "Riqveda"nın 250 ilahisi birbaşa ona yönəlmişdir.
Ari xalqlarının döyüşçü allahı hesab olunur. Əlində yerə doğru çaxdırdığı vacra (ildırım) vardır; bu silahı sənətkar allah Tvaştri hazırlamışdır. İndra əllərində ox, yay, ankuşa adlanan qarmaq, dəniz çanağı (sankha) və tor tutur. Bütün bədənində min gözü var, buna görə ona Sahasrakşa (Min gözlü) deyilir. Minik heyvanı dörd xortumlu ağ fil Airavata və ya ağ at Uççaişravasdır. Həyat yoldaşı İndrani, oğlu isə Cayantadır.
İndranın Vritra (quraqlıq) ilə müharibəsi
Vritra adlı ilan (əjdaha) dünyanın yeddi çayını udur və onları böyük dağında həbs edir. İndra öz ildırımından (vacra) istifadə edərək suları əsir saxlayan Vritranı məhv edir, dağları yararaq suları sərbəst buraxır.
İstinadlar
Biblioqrafiya
Janda, M., Eleusis, das indogermanische Erbe der Mysterien (1998).
Xarici keçidlər
Kateqoriya:Hind tanrıları Kateqoriya:Mifik krallar Kateqoriya:Müharibə tanrıları Kateqoriya:Şimşək tanrıları Kateqoriya:Mahabharata personajları Kateqoriya:Səma və hava tanrıları