Daş saray mədrəsəsi (həmçinin Toş Saroy adı ilə tanınır; ) — Özbəkistanın Buxara şəhərinin tarixi mərkəzində yerləşən mədrəsədir. O, XVIII əsrdə özbək Əştərxanlılar (və ya Manqıtlar) sülaləsinin hakimiyyəti dövründə inşa edilmişdir. Mədrəsə Kukaldoş məhəlləsinin Səmərqənd küçəsində yerləşir.

Memarlıq abidəsi Özbəkistanın Daşınmaz maddi mədəni irs obyektlərinin Milli siyahısına daxildir. Hazırda turistlərin ziyarət etdiyi tarixi abidələrdən biridir.

Daş saray mədrəsəsinin binası dövrümüzədək çox yararsız vəziyyətdə gəlib çatmışdır. Dövlət proqramına əsasən, 2010-cu ildə mədrəsənin tədqiqi, qəzalı hissələrinin sökülməsi, konstruktiv möhkəmləndirilməsi və bərpası nəzərdə tutulsa da, uzun müddət bu işlər həyata keçirilməmişdir.

İstinadlar

Kateqoriya:XVIII əsrdə tamamlanmış tikililər Kateqoriya:XVIII əsrdə yarananlar Kateqoriya:Özbəkistan mavzoleyləri