Loyxtenberqli Nikolay Nikolayeviç ( ) — Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviçin oğlu, general-mayor, Birinci Dünya müharibəsi iştirakçısı.
1868-ci ildə Cenevrədə dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Nikolay Maksimilyanoviç, anası isə onun uzunmüddətli məşuqəsi rus zadəganı Nadejda Annenkovadır. Cütlük Çar Aleksandrın etirazına baxmayaraq birlikdə yaşadılar. Cütlük yalnız 1878-ci ildə bağışlandı və Nikolayla kiçik qardaşı Georq bu tarixdən etibarən monarxial titul daşımağa başladılar.
1891-ci ildən etibarən hərbi təhsil almağa başladı. 24 aprel 1894-cü ildə Mariya Nikolayevna Qrabbe ilə evləndi. Cütlüyün bu nigahdan 7 övladı doğuldu.
Aleksandra Nikolayevna (1895-1969) Nikolay Nikolayeviç (1896-1937) Nadejda Nikolayevna (1898-1962) Maksimilyan Nikolayeviç (1900-1905) Sergey Nikolayeviç (1903-1966) Mixail Nikolayeviç (1905-1928) Mariya Nikolayevna (1907-1992)
Birinci Dünya müharibəsinə general-mayor rütbəsilə qatıldı. Oktyabr inqilabının ardından bolşeviklərə qarşı müqavimət göstərdi. 1920-ci ildən etibarən Fransada yaşamağa başladı. 1928-ci ildə orada vəfat etdi.
Mənbə
Ədəbiyyat
Лейхтенбергские // БРЭ / С. Л. Кравец. — М.: БРЭ, 2011. — Т. 17. — С. 190. — 783 с. — 60 000 экз. — ISBN 978-5-85270-350-7
İstinadlar
Kateqoriya:Leyxtenberqlilər