Passolig — Türkiyədə fəaliyyət göstərən elektron bilet sistemi.
"İdmanda Şiddət və Qaydazıslaşmanın Qarşısının Alınması haqqında" 6222 saylı Qanuna əsasən Türkiyə Futbol Federasiyası tərəfindən tətbiq olunmağa başlanmışdır. Sistem 2013/14 mövsümündə Super Liqanın 30-cu və 1-ci liqanın 36-cı turuna təsadüf edən 19 aprel 2014-cü ildə fəaliyyətə başlamışdır. Bu sistemin keçərli olduğu ilk matç "Kayseri Ərciyəsspor" və "Trabzonspor" komandaları arasında keçirilmiş və qarşılaşmanı "Passolig" kartına sahib 285 tamaşaçı izləmişdir.
2019-cu ilin noyabr ayı vəziyyətinə görə "Passolig" kartı alan azarkeşlərin sayı 5 024 473 nəfərə çatmışdır. Kart sayına görə ən çox kart satan ilk üç klub "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" olmuşdur. "Passolig" kartlarının qiyməti klublardan asılı olaraq 250 ilə 800 türk lirəsi arasında dəyişir. Bu məbləğ "Passolig" kartı ilk dəfə əldə edilərkən ödənilir. Həmçinin həmin məbləğ Elektron Bilet Sisteminin İllik İstifadə Haqqı kimi kart sahibindən ildə bir dəfə tutulur. Kart haqlarının 7.95 türk lirəsi kartı çap edən şirkət tərəfindən götürülür, qalan məbləğ isə yaradılmış gəlir fondu vasitəsilə klublara köçürülür.
2025/26 mövsümünədək futbol oyunlarına giriş yalnız "Passolig" vasitəsilə həyata keçirildiyi halda, həmin mövsümdən etibarən klublara istədikləri bilet satışı şirkəti ilə müqavilə bağlamaq sərbəstliyi verilmişdir.
Eyni zamanda, artıq fiziki kart və ya "Passolig" tətbiqi olmadan, yeni nəsil (çipli) şəxsiyyət vəsaitlərinə elektron biletin yüklənməsi yolu ilə də stadionlara daxil olmaq mümkündür.
Məhkəmə prosesi 8 may 2014-cü ildə Ankara 16-cı İstehlakçı Məhkəməsi istehlakçıların mağduriyyətinə səbəb olmamaq məqsədilə "Passolig" tətbiqinin dayandırılması barədə qərar çıxarmışdır. Türkiyə Futbol Federasiyasının 16 may 2014-cü il tarixli bəyanatında isə iddiaçı tərəfin tətbiqlə bağlı bir həftə ərzində İcra İdarəsinə müraciət etməməsi nəticəsində qoyulmuş qadağanın qüvvədən düşdüyü bildirilmişdir.
İstinadlar
Kateqoriya:Türkiyədə futbol