David Bouz-Layon (; ) — britaniyalı aristokrat. Britaniya kraliça-konsortu Yelizaveta Bouz-Layonun qardaşı və Britaniya kraliçası II Yelizavetanın dayısıdır.
1902-ci ildə dünyaya gəldi. XIV Stratmor və Kinqxorn qrafı Klaud Bouz-Layonun ən kiçik övladıdır.
6 fevral 1929-cu ildə Raşel Paulin Spender-Kleylə evləndi. Cütlüyün bu nigahdan 2 övladı doğuldu.
Davina Yekaterina Bouz-Layon (1930-2017) Simon Aleksandr Bouz-Layon (1932-)
İkinci Dünya müharibəsi illərində siyasi büronun gizli propaqanda üzvü kimi çalışdı. 1950-ci ildə Hartfordşir şefi və 1952-ci ildə Hartfordşir lord leytenantı oldu. Bu ünvanı ölümünədək daşıdı. 15 dekabr 1948-ci ildə bacısının nəvəsi Şahzadə Çarlzın vəftiz mərasiminə qatıldı və onun vəftiz atalarından biri oldu.
13 sentyabr 1961-ci ildə bacısının Balmoral qəsrindəki mülkündə vəfat etdi.
Mənbə
Ədəbiyyat Thornton, Michael (September 1985). Royal feud: the Queen Mother and the Duchess of Windsor. M. Joseph. ISBN 9780718126001 Fletcher, Harold Roy (1969). The story of the Royal Horticultural Society, 1804–1968. Oxford U. P. for the Royal Horticultural Society. ISBN 978-0-19-212944-4 Vickers, Hugo (2006). Elizabeth: The Queen Mother. Arrow Books/Random House. p. 394. ISBN 978-0-09-947662-7
İstinadlar