Əbu Ömər əz-Zahid () və ya Qulamu Sələb (; ) — Kufə qrammatika məktəbinə mənsub olan leksikoqraf və mühəddis.
Bioqrafiyası Onun tam adı Əbu Ömər əz-Zahid Məhəmməd ibn Əbdilvahid ibn Əbi Hişam əl-Bağdadi əl-Bavərdidir. Əslən Xorasandakı Bavərd şəhərindən olduğu üçün nisbəsi "əl-Bavərdi"dir. Ləqəbləri "Mutərriz", "əz-Zahid" və "Qulamu Sələb"dir. Qulamu Sələb ləqəbi ona müəllimi və dostu Sələbə olan yaxınlığı səbəbi ilə verilmişdir.
Bağdad şəhərində anadan olan Əbu Ömər əz-Zahid başda Sələb olmaqla, Mübərrəd, Musa ibn Səhl əl-Vəşşə, İbrahim ibn Heysəm əl-Bələdi və başqalarından təhsil almışdır.
Müəllimlik edən Əbu Ömər əz-Zahid Müaviyə ibn Əbu Süfyana olan sevgisi səbəbi ilə "Fəzailü Müaviyə" adlı əsər qələmə almış və özündən dərs almaq istəyənlərdən bu əsəri əzbərləmələrini istəmişdir. Mənbələr ondan təhsil almış şəxslər arasında Əbu Əli əl-Hətimi, Əbu Əli əl-Qali, İbn Xalaveyh, Əbu Ubeydullah əl-Mərzübani və başqalarının adı qeyd edirlər.
Əbu Ömər əz-Zahid 957-ci ildə Bağdad şəhərində vəfat etmiş və Məruf əl-Kərxinin məzarının yaxınlığında dəfn edilmişdir.
"Kitabu Fəitil-Fəsix", "Kitabül-Müdaxəl" və "Kitabül-İcazət" onun qələmə aldığı əsərlərdən bəziləridir.
İstinadlar Kateqoriya:Ravilər Kateqoriya:Dərzilər