Pacta sunt servandaLatin for "agreements must be kept", Black's Law Dictionary (8th ed. 2004) ("razılaşmalara əməl edilməlidir") hüquqi maksima və tərəflərin bağladıqları müqavilə və ya sazişlərin onlar üçün məcburi qüvvəyə malik olduğunu təsbit edən fundamental hüquq prinsipi. Bu, beynəlxalq adət hüququnun prinsipidir. Beynəlxalq hüquq professoru Hans Veberqin fikrincə, "Cəmiyyətin nizamlanması üçün nəzərdə tutulan çox az sayda qayda bu prinsip qədər dərin mənəvi və dini təsirə malikdir".Wehberg, H., 'Pacta Sunt Servanda ', The American Journal of International Law 53, no. 4 (1959), accessed 10 February 2022

Ən geniş yayılmış mənasında bu prinsip xüsusi müqavilələrə şamil olunur və müəyyən edir ki, müqavilənin müddəaları, yəni şərtləri, müqavilənin tərəfləri arasında hüquq qüvvəsinə malikdir və buna görə də tərəflərin öz öhdəliklərinə laqeyd yanaşması müqavilənin pozulması deməkdir. Hüquqi maksima haqqında məlum olan ilk ifadə eramızın XIII əsrində Katolik Kilsəsinin kanon hüququ üzrə hüquqşünas Kardinal Hostiensisin əsərlərində yer almış, həmin əsərlər isə XVI əsrdə nəşr edilmişdir.Hyland, 1994, p. 416

Tarixi Ənənəyə görə, hüquqi maksimin mənşəyini Siseronun De Legibus əsərindəki onun tam formasına qədər izləmək mümkündür:

"Pacta sunt servanda pietate" — "Əhdlərə sədaqətlə əməl edilsin" kimi tərcümə edilə bilər.

Müasir hüquq praktikası Həm kontinental hüquq sistemlərində, həm də ümumi hüquq yurisdiksiyalarında bu prinsip ticarət münasibətlərində düzgün davranışın ümumi prinsipi, o cümlədən vicdanlılıq prezumpsiyası ilə əlaqələndirilir. Dünyanın əksər yurisdiksiyalarında hüquq sistemlərinin tərkibində vicdanlılığın müəyyən forması mövcud olsa da, vicdanlılığın necə qiymətləndirilməli və ölçülməli olduğu ilə bağlı mübahisələr mövcuddur. Məsələn, ABŞ-da — ümumi hüquq yurisdiksiyasında — vicdanlılıq və ədalətli davranış üzrə nəzərdə tutulan öhdəlik bütün kommersiya müqavilələrinə şamil olunur.

Beynəlxalq hüquq Beynəlxalq hüquqa əsasən, "qüvvədə olan hər bir müqavilə onun tərəfləri üçün məcburidir və onlar tərəfindən vicdanla icra edilməlidir".Vienna Convention on the Law of Treaties (signed in Vienna, Austria on 23 May 1969 and entered into force on 27 January 1980), Article 26; and Vienna Convention on the Law of Treaties between States and International Organizations or between International Organizations (signed in Vienna on 21 March 1986), Article 26: not yet entered into force. Bu, Müqavilələr hüququ haqqında Vyana Konvensiyasının (23 may 1969-cu ildə imzalanmış və 27 yanvar 1980-ci ildə qüvvəyə minmişdir) iştirakçısı olan dövlətlərə müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsini tələb etmək və həmin öhdəliklərin yerinə yetiriləcəyinə əsaslanmaq hüququ verir. Müqavilələrə münasibətdə vicdanlılıq prinsipi o deməkdir ki, müqavilənin tərəfi sözügedən müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə bəraət qazandırmaq üçün öz milli (daxili) hüququnun müddəalarına istinad edə bilməz.

Pacta sunt servanda prinsipinin tətbiqinin yeganə məhdudiyyətləri "jus cogens", yəni məcburedici hüquq adlandırılan ümumi beynəlxalq hüququn imperativ normalarıdır. Beynəlxalq adət hüququnda mövcud olan clausula rebus sic stantibus hüquqi prinsipi də şəraitin məcburedici şəkildə dəyişməsi səbəbindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsinə imkan verir.

Xarici keçidlər

Britannica Online Encyclopedia - Pacta sunt servanda Richard Hyland, Pacta sunt servanda: a meditation , Virginia Journal of International Law 34, no. 2 (1994): 405–433.

Kateqoriya:Beynəlxalq hüquq