Heşan (əvvəlki adı: Ərcun ) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Heşan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Aşan kəndi Heşan kəndi adlandırılmışdır. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Heşan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19–20 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıdıb.

Toponimikası Musa Kalankaytuklunun Alban Tarixində kəndin adı Ərcun və ya Aracun deyə keçir. Daha sonra bura İrandan köçən ermənilər kəndin adını Aşan deyə adlandırmışlar və 1992-ci ilədək kəndin adı Aşan olmuşdur. Heşan "taxıl dərzlərinin vəllə döyülməsi, dərzlərin döyüldüyü yer, xırman" deməkdir. Kənd xırman yaxınlığında salındığı üçün belə adlandırılmışdır.

Coğrafiyası və iqlimi Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar1999XXXXXXXXXXXX2009↗XXXX↗XXXX↗XXXX

Tanınmış şəxsləri Levon Mirzoyan (1897–1939) — Sovet – dövlət və partiya xadimi, Azərbaycan SSR Kommunist Pariyası I katibi (1926–1929).

İstinadlar

Həmçinin bax

Kateqoriya:Xocavənd rayonunun kəndləri Kateqoriya:Heşan kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri Kateqoriya:Heşan