Sədi — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Minbaşılı kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Toponimikası Kəndin adı Sədili variantında da qeydə alınmışdır. Yerli əhalinin məlumatına görə, kəndi Sədi adlı şəxs saldığına görə belə adlandırılmışdır. Əslində oykonim azərbaycanlıların etnogenezində iştirak etmiş sədulu tayfasının adı ilə bağlıdır.
Coğrafiyası və iqlimi Kənd Arazboyu düzənlikdə yerləşir.
İqtisadiyyatı Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri