thumb|300px|Cəbrayıl qəzası 1 Yanvar 1903-ci illər xəritəsi. Maralyan
Aşağı Maralyan — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Karxulu kənd inzibati ərazi dairəsində kənd. Araz çayının sol sahilində, düzənlikdədir.
Tarixi 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. 3 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.
Toponimikası Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və "maraluylular" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb, Bakı-2007. I cild, səh.427 Başqa bir versiyaya görə isə "mara" - örüş, "li" - mənsubiyyət və "an" - məkan, yer bildirən şəkilçilərdən yaranmış və "örüşü olan yer" mənasını verir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-Qərb, Bakı-2007. II cild, səh.94
İqtisadiyyatı Erməni işğalından əvvəl kənd sakinlərinin əsas təsərrüfatı heyvandarlıq idi.
Coğrafiyası və iqlimi Kənd rayon mərkəzindən 28 km cənub-şərqdə yerləşir.
Həmçinin bax Cəbrayıl rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Cəbrayıl Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Cəbrayıl rayonunun kəndləri