Abbasqulu Kazımzadə (tam adı: Abbasqulu Məhəmməd İbrahim oğlu Kazımzadə, mühacirətdə: Abbas İldeniz; ) — Müsavat Partiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

Həyatı 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur.

Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü idi.

Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı:

1947-ci il iyulun 28-də Ankarada vəfat edib və Cebeci Əsri qəbiristanlığında dəfn olunub. Məzarı qəbiristanlıqda 63-cü ada, 12-ci parseldə yerləşir. Məzarında doğum tarixi 1882-ci il olaraq, ata adı isə "Mehmet" olaraq qeyd olunmuşdur.

Mənbə Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005. səh.79

İstinadlar

Kateqoriya:Türkiyə azərbaycanlıları Kateqoriya:Azərbaycan siyasətçiləri Kateqoriya:Azərbaycanlı siyasi mühacirlər Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvləri Kateqoriya:Azərbaycan Xalq Cümhuriyyətinin siyasətçiləri Kateqoriya:Müsavat Partiyasının üzvləri Kateqoriya:Bakı Şəhər İctimai Özünüidarəsinin üzvləri Kateqoriya:Azərbaycan publisistləri