Qubadlı Şıxlı — Azərbaycan Respublikasının Göyçay rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Şirvan düzündədir. Yerli məlumata görə, yaşayış məntəqəsinin əsasını təqribən XIX əsrdə Mallı ŞIxlı kəndindən çıxmış Qubad adlı şəxs qoyduğu üçün belə adlanmışdır. Oykonimin tərkibindəki ikinci component vaxtilə qazax tayfa birliyinə daxil olan şıxlı etnonimini özündə əks etdirir. Əslində, oykonim Şıxlı adlanan üç kənddən (Qubadlı Şıxlı, Mallı ŞIxlı və Ulaşlı Şıxlı) birinin adıdır. Mallı Şıxlı kəndinin daxil olduğu Yeniarx i.ə.v.-dəki kəndlərindən birinin Hacı ağabəyli (əsli Hacıağalarbəyl) adlanması onu göstərir ki, bu kəndlərdə vaxtilə Qubadlıdan buraya köçmüş ailələr məskunlaşmışdır. Odur ki, oykonim “qubadlılar yaşayan Şıxlı kəndi” kimi izah olunmalıdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 690 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Həmçinin bax Göyçay rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Göyçay Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Göyçay rayonunun kəndləri