Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun Alar kənd inzibati ərazi dairəsində kənd. 27 mart 2001-ci il tarixli 110-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır.

Toponimilası Etnooykonimdir.

Tarixi Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər.ATEL, I c.s.32 Q. Qeybullayev arxiv materiallarına"Spiski naselennıx mest Rossiyskoy imperii. Bakinskaya quberniya", səh.41 istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi.Toponimiya Azerbaydjana, səh.75 Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.

Tarixi abidələri Alar ərazisidə qədim və orta əsrlərə aid çox zəngin arxeoloji nümunələr aşkar edilmişdir. Alar kəndində daş qutu qəbirlərə dair maddi-mədəniyyət nümunələri tapılmışdır. Çox təəssüf ki, həmin qiymətli mədəniyyət nümunələri təsərrüfat işləri görülərkən yerli sakinlər tərəfindən əhəmiyyət verilmədən dağıdılmışdır.

Coğrafiyası və iqlimi Kənd İncəçayın hər iki sahilində, düzənlikdə, məşhur "Qız qalası" yaxınlığında, Ələt-Astara şossesinin üzərində yerləşir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 7146 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. Kənddə xeyli sayda ticarət obyekti, böyük əkin sahələrində kartof plantasiyaları, taxıl zəmiləri, üzüm bağları var.

31 iyul 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7 milyon manatı Cəlilabad Rayon İcra Hakimiyyətinə ayrılmışdır.Cəlilabad rayonunun Alar-Təzəkənd-Üçtəpə-Əliqasımlı-Cəfərxanlı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2014-cü il tarixli Sərəncamı president.az

Mədəniyyəti Kənddə 1 poçt var.

Təhsil Kənddə 3 orta təhsil məktəbi fəaliyyət göstərir.

Din Kənd ümumilikdə İslam Dininin Şiəlik əqidəsinə bağlıdır , kənddə əsas 3 olmaqla ümumilikdə 20 dən çox məscid var.

Səhiyyə Kənddə 1 tibb məntəqəsi var.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Cəlilabad rayonunun kəndləri