Məzmun Film-tamaşa ata qayğısından məhrum olan, atalığının (Muxtar Maniyev) təkidi ilə anası (Səfurə İbrahimova) tərəfindən evdən çıxarılan Nargilənin (Məlahət Abbasova) zavod direktoru Həsənzadəyə (Rasim Balayev) olan "qarşılıqsız" məhəbbəti haqqındadır.

Film-tamaşa haqqında İki seriyalı film-tamaşa İlyas Əfəndiyevin eyniadlı pyesinin motivləri əsasında çəkilmişdir. Film-tamaşa ekranda görünəndən sonra xüsusilə aktyor Rasim Balayevin mükəmməl ifası tamaşaçıların rəğbətinə səbəb oldu. Həsənzadə obrazının mükəmməlliyi aktyorun professionallığından xəbər verir. Film-tamaşa aktrisa Məlahət Abbasovanın kinoda ilk işidir.

Film-tamaşanın heyəti

Film-tamaşa üzərində işləyənlər Ssenari müəllifi: İlyas Əfəndiyev, Gülcahan Güləhmədova-Martınova Quruluşçu rejissor: Gülcahan Güləhmədova-Martınova, Tariyel Vəliyev Quruluşçu operator: Eldar Məmmədov Quruluşçu rəssam: Rəfael Əsədov Bəstəkar: Qasım Xəlilov Rejissor: Zəhra Orucova Operator: Seyidağa Mövsümov, Əlövsət Aslanov, Hüseyn Aşurov, Əlövsət Cəlilov Səs rejissoru: Vaqif İmanquliyev, Mikayıl Vəkilov (Mikayıl Vəliyev kimi), Rauf Haşımov Qrim rəssamı: Lyudmila Miroşniçenko Mahnıların mətni: Nəbi Xəzri Videoyazı mühəndisi: Sevinc Xəlilova, Zoya Teymurova, Rauf Kələntərov, Manaf Quliyev, Vaqif Aslanov, Qəzənfər İsmayılov, Məmmədağa Hacıbəyov, Fuad Ağayev, Yafət Xeyirov İşıq ustası: Elxan Əfəndiyev, Elçin Nağıyev, Əhməd Əhmədov Rəqslərin quruluşu: Boris Lukinski Redaktor: İlqar Qasımov Direktor: Faiq Abbasov Mahnıları ifa edən: Flora Kərimova, Qasım Xəlilov, Məlahət Abbasova (titrlərdə yoxdur)

Rollarda Rasim Balayev — Həsənzadə Məlahət Abbasova — Nargilə Səfurə İbrahimova — Nəzakət Muxtar Maniyev — Fərəc Larisa Xələfova — Xurşud Marina Şarifullina — Sarısaç Əhməd Salahov — Rəşid Rüstəm Tağıyev — Aydın

Film-tamaşanı səsləndirən Nəcibə Hüseynova — Həsənzadənin arvadının səsi (titrlərdə yoxdur)

Kateqoriya:1987-ci ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Tariyel Vəliyevin filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Film-tamaşalar