250px|right|thumb|Yaponiya kəcavəsi Kəcavə, kəcabə — Yaxın Şərqin bir sıra ölkəsində mövcud olmuş minik vasitəsi. Üç tərəfi və üstü bağlı, bir tərəfi isə pərdə ilə örtülü olan kəcavə, əsasən, dəvə (bəzən fil, at və ya qatır) belinə qoyulurdu. Keçmişdə, 4 adamın (əsasən qulların) çiynində apardığı kəcavə növü (hakim sinif nümayəndələrinə məxsus) də olmuşdur. Kəcavədən uzaq yola çıxarkən qadın və uşaqların, həmçinin gəlinin aparılmasında da istifadə edilirdi. Kateqoriya:İctimai nəqliyyat Kateqoriya:Şəxsi nəqliyyat Kateqoriya:İnsan gücü ilə işləyən nəqliyyat vasitələri Kateqoriya:Stullar