"İdman lotosu-82" () — rejissor Leonid Qaydayın filmi.
Məzmun
1982-ci ilin isti yay günü bir qrup adam qatarla istirahət məqsədilə cənuba gedir.
İş elə gətirir ki, bir kupedə tamam ayrı-ayrı adamlar gedir. San Sanıç alverçidir və SSRİ-nin şimalı və cənubu arasında portağalın qiymətində böyük fərq yaratmaqla varlanmaq arzusundadır. Onun kupe qonşusu sadə görkəmli polis sürücüsüdür. O, cənuba xalasının yanına gedir. Digərləri – çətin marşrutla dağlara gedən oğlan və polisdən idman lotosu alan qız (polis lotonu qızın bütün yemək azuqəsini yediyinə görə bağışlamışdı).
Bilet uduşlu çıxır. Lakin bunu kim əvvəlcədən bilə bilərdi ki?! Məsələ burasındadır ki, polis talonu özündə saxlayıb və oxuduğu kitabın arasına qoyub. Lakin kupedəkilərin hamısı eyni kitabı – Genian Zelyonovun "Ölümcül qətl" detektivini oxuyurdular. Yalnız sərnişinlər mənzil başına çatandan sonra kitabların dəyişik düşdüyü aydın olur.
Gənc oğlan tezliklə öz səhvi ucbatından itən talonu tapıb qıza vermək istəyir. Lakin digər tərəfdən də San Sanıç və onun əlaltısı talonu axtarışa çıxırlar. Görəsən bu talon sonda kimə qismət olacaq?..
Film haqqında
Film sovet kinoprokatında liderlərdən olmuşdur. Belə ki, bu ekran əsərinə SSRİ-də 55 milyondan artıq tamaşaçı baxmışdı. Film 1982-ci ildə Azərbaycanda dublyaj olunmuşdur. Dublyajda Səməndər Rzayev, Hamlet Xanızadə, Həmidə Ömərova, Ramiz Əzizbəyli kimi görkəmli sənətkarlar iştirak etmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ssenari müəllifləri : Vladlen Baxnov, Leonid Qayday Quruluşçu rejissor : Leonid Qayday Operatorlar : Vitali Abramov, Sergey Poluyanov Rəssam : Feliks Yasyukeviç Bəstəkar : Aleksandr Zasepin Dirijor : Sergey Skripka
Rollarda
Algis Arlauskas – Konstantin Svetlana Amanova – Tatyana Mixail Puqovkin – San Sanıç Mixail Kokşenov – Stepan Denis Kmit – Pavel Borislav Brondukov – turist bazasının direktoru Nina Qrebeşkova – Konstantinin xalası Luiza Mosendz – Alla Dmitriyevna Andrey Tolşin – Mişa Sergey Filippov – dəmiryolçu Abessalom Loriya – bazardakı alıcı Viktor Uralski – yükdaşıyan
Həmçinin bax
Kateqoriya:SSRİ filmləri Kateqoriya:Rusiya filmləri Kateqoriya:Bədii filmlər Kateqoriya:Rəngli filmlər Kateqoriya:Komediya filmləri Kateqoriya:Rusca filmlər Kateqoriya:Leonid Qaydayın filmləri Kateqoriya:1982-ci ilin filmləri Kateqoriya:SSRİ haqqında filmlər Kateqoriya:"Mosfilm" filmləri Kateqoriya:Soçidə çəkilən filmlər Kateqoriya:SSRİ-nin komediya filmləri Kateqoriya:Moskvada çəkilən filmlər