Əsas instinkt () — Pol Verhovenin rejissorluğu və Co Esterhazın ssenari müəllifliyi ilə 1992-ci ildə çəkilmiş ABŞ erotik trilleridir. Filmdə baş rolları Maykl Duqlas və Şeron Stoun canlandırmışdır. Filmin mərkəzində zəngin rok ulduzunun qətlini araşdıran detektiv Nik Kurran (Duqlas) obrazıdır. Tədqiqatlar zamanı Kurran cinayəti törətməkdə şübhəli bilinən cazibədar və sirli Ketrin Tremmellə (Stoun) yaxınlıq etməyə başlayır.
Hələ satışa çıxarılmamışdan xeyli əvvəl, Əsas İnstinkt cinsəl və şiddət səhnələri ilə müzakirələrə səbəb olmuşdu. Homoseksual səhnələrinin də yer aldığı film, geylərin hüquqlarının müdafiəçiləri tərəfindən, biseksual qadının qatil xasiyyətli insan kimi göstərilməsi səbəbiylə ciddi tənqid hədəfinə çevrilmişdi.
Bütün tənqidlərə və mənfi rəylərə baxmayaraq, Əsas İnstinq $352 milyon dollar gəlirlə 1990-cı illərin ən gəlirli filmlərindən biri olmuşdur.Basic Instinct at Box Office Mojo . Retrieved 30 May, 2013. Videokaset, ℅DVD və Blu-ray disklərdə satışa çıxarılmış filmin eyni zamanda, rejissor tərəfindən kəsilmiş və Şimali Amerika kinoteatrlarında göstərilməmiş səhnələri də izləyicilərə təqdim edilmişdir. Filmin davamı kimi 2006-cı ildə çəkilmiş Əsas İnstinkt 2 filmi isə böyük tənqidlərə məruz qalmış və ciddi maddi itki ilə üzləşmişdi.
Məzmunu
Rok ulduzu Conni Bozun seks zamanı sirli sarışın qadın tərəfindən buzqıran bıçaqla qətlə yetirilməsindən sonra, detektiv Nik Kurran cinayətin təhqiqinə cəlb edilir. Cinayətin yeganə şübhəlisi və rok ulduzunu sonuncu görən şəxs, detektiv romanlar müəllifi olan yazıçı xanım Ketrin Tremmeldir. Nik və onun partnyoru Qas Moran Pasifik Hayts, San Fransiskoda yerləşən mülkə getsələr də, burada yalnız Ketrinin lezbiyan sevgilisi Roksini tapırlar, o isə detektivləri Ketrinin Stinson Biçdəki mülkünə göndərir. Ketrini tapan detektivlər ondan Bozla hansı münasibətlərinin olduğunu soruşduqda, Ketrin Bozun ölməsinin təsdiqini tələb edən bir sual verir. Nik və Qas öyrənirlər ki, Ketrin rok ulduzu olan Conni Bozun öldürüldüyü üsulla (buzqıran bıçaqla) öldürülməsi haqqında bir roman yazıb. Dindirilmə zamanı Ketrin detektivlərə provokativ cavablar verir, detektivlər onun alt paltarı geyinmədiyini görürlər.
Kokainin təsiri altında, iki turistə atəş açan Nik, bu hadisədən sonra polis psixoloq Dr. Bet Qarnerin yanında müalicə olunur və bir müddət sonra onlar arasında münasibətlər yaranır. Dindirilmədən sonra, Nik iş yoldaşları ilə birgə polislərin toplaşdığı bara gedir, burada polis leytenantı Marti Nilsenin onu ələ salması Niki çox qəzəbləndirir, onlar arasında qalmaqal baş verir. Bet bara gəlir və onlar birgə barı tərk edirlər. Onlar Betin mənzilinə gəlirlər və burada sekslə məşğul olurlar.
Nik öyrənir ki, Ketrinlə bağlı hadisələr heç də düşündükləri kimi sadə deyil: Ketrinin zəngin valideynləri onun yeniyetməlik illərində gəmi qəzasında vəfat ediblər, lakin bu hadisədən əvvəl Ketrin valideynlərinin ölümünü olduğu kimi özünün ilk romanında təsvir edib. Berkli Kaliforniya Universitetində onun kollec məsləhətçilərindən biri olan Noy Qoldşteyn buzqıran bıçaqla öldürülüb, nişanlısı olan boksçu Menni Vaskez isə Atlantik Sitidə final yarışması zamanı ölüb. O, eyni zamanda müəyyən edir ki, Ketrin, heç bir səbəb olmadan əri və uşaqlarını bıçaqlayan Heyzel Dobkins kimi qatillərlə yoldaşlıq etməyi sevir.
Ketrinin evində olanda Nik onun haqqında məxfi olan məlumatların yazıçı xanıma bəlli olduğunu öyrənir. Polis psixoloqu kimi, bu məlumatlar yalnız Bet üçün əlçatan idi. Nik Beti sıxışdırır və öyrənir ki, Bet Nikin dosyesini polis leytenantı olan Marti Nilsenə verib. Bundan əsəbləşən Nik Marti Nilsenin ofisinə hücum edərək Marti Nilsenə vurur və məxfi məlumatları Ketrinə verməkdə ittiham edir. Bundan sonra Nik evə gedərək gecəni içərək keçirir. Gecə Bet ona baş çəkmək üçün Nikin evinə gəlsə də orada çox qalmır. Səhər Nilsenin cəsədi avtomobilindən tapılır, o, başına 38 kalibrli revolverdən atəş açılaraq öldürülmüşdü. Beləcə aralarında bir gün əvvəl baş vermiş mübahisə səbəbiylə Nik cinayətin əsas şübhəlisinə çevrilir.
Nik və Ketrin arasındakı münasibətlər ilkin mərhələdə it-pişik münasibətlərini xatırladırdı. Lakin sonra Ketrin növbəti romanının qəhrəmanı ilə üz-üzə olduğunu kəşf edir. Tezliklə Nik Ketrinə sevgisini elan edir. Ketrini qısqanan lezbiyan sevgilisi Roksi avtomobili ilə Niki öldürməyə cəhd edir, lakin özü qəzaya düşərək ölür. Ölümündən sonra məlum olur ki, Roksi də kriminal keçmişə malikdir – Roksi yeniyetmə ikən iki qardaşını öldürmüşdür. Roksinin ölümündən kədərlənən Ketrin böyük acı içində depressiyaya düşür, Nik onun bu ölümdə əlinin olmasından şübhələnir. Ketrin daha sonra bildirir ki, ilk lezbiyan tanışı onun gözəlliyindən kollec dövründə təsirlənmiş Liza Hoberman olmuşdur. Nik müəyyən edir ki, Liza Hoberman onun Bet Qarner kimi tanıdığı qadındır, lakin əslində Ketrin Betdən təsirlənmişdir. O, eyni zamanda öyrənir ki, Betin həyat yoldaşı da, 38 kalibrli revolverdən açılan atəş nəticəsində öz maşınında öldürülmüşdür.
Nik yenidən Ketrinin evinə dönür. Ketrin otağa gələnə kimi Nik Ketrinin yeni tamamladığı romanın son səhifələrinə göz gəzdirir. Burada detektiv obrazının öz partnyorunu liftdə ölü tapması təsvir edilmişdi. Ketrin otağa daxil olaraq kitabı tamamladığını söyləyir və soyuqqanlılıqla Niklə olan münasibətlərinin də artıq başa çatdığını bildirir. Qürub vaxtı Nik Bet və Ketrin arasında əslində hansı münasibətlərin olduğunu müəyyənləşdirmək üçün otelə gələrək Ketrinin kollec dövrü otaq yoldaşı ilə tanış olan Qasla görüşmək üçün otelin qabağına gəlir. Nikin maşında gözlədiyi müddətdə Qas otelin liftinə daxil olur. Lakin liftə daxil olan kimi, qara geyimli biri arxadan yaxınlaşaraq Qasın boğazına buzqıranla zərbə endirir. Qasın boğazından qan axmağa başlayır. Dostunun yubandığını görən Nik onun arxasınca otelə daxil olur və Qasın cəsədini liftin qapıları arasında tapır. Bu zaman döşəmənin cırıltısını eşidən Nik qatilin hələ də hadisə yerində olmasını güman edərək, silahını hazır vəziyyətə gətirir, lakin dəhlizin ortasında Beti tapır. Bet Qasın ona burada görüşmək haqqında mesaj verdiyini bildirir. Nik düşünür ki, Bet Qasın qatilidir və indi əlini paltosunun cibindən çıxararaq ona da atəş açacaq. Nik onu qabaqlamaq üçün atəş açıq və Bet yerə yıxılır. O, son nəfəsində Niki sevdiyini bildirir. Betin cibinə baxan Nik, orada silah əvəzinə evin açarlarını tapır. Hadisə yerinə gələn polis pilləkənlərdə qan ləkəsi görür, liftdə Qasın cəsədini və qətlin törədildiyi buzqıran bıçağı tapır, Betin cəsədini gördükdə isə onun Niki tələyə salmaq istədiyini düşünürlər. Betin evində aparılan axtarışlar, onun Boz, Qas, Nilsen və öz həyat yoldaşının qatili olduğunu sübut edən dəlilləri ortaya çıxarır. Polis idarəsində bütün detektivlər qatilin müəyyən edildiyinə əmin olurlar. Lakin Ketrinin Qasın öldürülmə səhnəsini əvvəlcədən bilməsi və öz əsərində təsvir etməsi Nikin şübhələrinə son qoymur, Nik öz tədqiqatlarını davam etdirir. Nik qatilin Ketrin olması və Betin tələyə salınması ehtimalını düşünür.
Rollarda right|170px|thumb|Şeron Stoun filmin çəkilişlərinə başlanıldığı 1991-ci ildə, Paris. Maykl Duqlas — Detektiv Nik Kurran Şeron Stoun — Ketrin Tramell Eşlin Qir — açılış səhnəsində, filmin bəzi seks səhnələrində və Conni Bozun öldürülməsi səhnəsində Ketrin Tramell rolunu oynamışdır. Corc Dzundza — Detektiv Qas Moran Cin Triplhorn — Dr. Bet Qarner / Liza Hoberman Denis Arndt — Leytenant Filipp Volker Lailani Sarell — Roksana "Roksi" Hardi Bryus A. Yanq — Endryus Çelsi Ross — Kapitan Talkott Doroti Malon — Heyzel Dobkins Veyn Nayt — Con Korreli Deniel von Bargen — Leytenant Marti Nilsen Stefen Tobolovski — Dr. Lamott Bencamin Mouton — Harrigan Cek MakGi — Şerif Bill Keybl — Conni Boz
İstehsalı
1980-ci illərdə yazılmış ssenrai rejissorların diqqətini çəkmək üçün kifayət qədər məşhur olmuş, nəhayət, Carolco Pictures tərəfindən $3 milyona alınmışdır.Basic Instinct at UK Critic . Retrieved 05 iyun, 2013. Filmin ssenarisini işləmək Qari Qoldmanın yerinə, daha əvvəl “İşıqlar altında rəqslər” (1983) və “Küt ülgüc” (1985) kimi filmlərin də ssenarisini işləmiş Co Esterhasa həvalə edilmiş və o da ssenarini 13 günə işləmişdi.Joe Eszterhas interview at Moviemaker . Retrieved 05 iyun, 2013. İnfilyasiya olmasına baxmayaraq filmin büdcəsi 49,000,000 dollar məbləğində müəyyənləşdirilmişdir.
Filmdə təhlükəli avtomobil səhnələrini aktyor Maykl Duqlas özü oynamışdır. Çəkilişlərə hazırlıq ərəfəsində Duqlas San Fransiskodakı Kirni küçəsində dörd gecə məşq etmişdir. Duqlas Ketrin Tramell rolunu canlandırmaq üçün Kim Besinceri təklif etsə də, aktrisa bu roldan imtina etmişdi. Qreta SkakkiGreta Scacchi, a BBC Drama Faces article və Meq RayandanMeg Ryan: In The Cut (Interviewed by Stephen Applebaum) , an October 2003 BBC article sonra, Mişel Pfayfer, Cina Devis, Ketlin Törner, Ellen Barkin və Mariel Heminquey də Ketrin Tramell rolunu oynamaqdan imtina etmişdi. Verhoven Demi Murun da bur rolu oynamaq ehtimalını düşünmüşdü. Nəhayət Şeron Stoun Ketrin Tramell rolu üçün seçilmiş və aktrisanın bu filmə gətirəcəyi böyük uğurdan xəbərsiz olan Verhoven Stoun üçün filmin büdcəsindən minimal məbləğ — cəmi 500.000 dollar ayırmışdı.
San Fransiskoda aparılan çəkilişlər, gey və lezbiyanların hüquqlarını müdafiə edən aktivistlər tərəfindən hücumlara məruz qalmış, bundan sonra San Fransisko Polis Departamenti çəkilişlərin həyata keçirildiyi bütün məkanları ciddi mühafizəsi altına almış, şəhərin istənilən yerində ən kiçik toplantılara belə mane olmuşdu.
Duqlas və Triplhornun seks səhnəsi sadəcə olaraq ssenari üzrə məşq edən aktyorlardan xəbərsiz şəkildə çəkilmişdi. Çəkilişlər zamanı heyətin münasibəti filmin finalında olduğu kimi çox istiləşmiş və Verhoven aktyorların ifasından o qədər razı qalmışdı ki, final səhnələrində özü də iştirak etmişdi. Verhoven əvvəlcə lezbiyan sevgisi səhnəsinin film üçün əvəzedilməz olduğunu düşünən Co Esterhasla mübarizə aparırdı. Lakin nəhayət Esterhazla razılaşmış və belə bir səhnənin filmə daxil edilməsinə razılıq vermişdi. Əsas İnstinktin qazandığı böyük uğurdan sonra Esterhas və Verhoven birgə “Şouqızları” filmi üzərində də işləmişlər.
Film musiqisi
Filmin ssenarisinə uyğun olaraq rəsmi satışa çıxarılmış film musiqisi, əslində filmdə mühüm rol oynamamışdır. Filmin əsas musiqili səhnəsi Kurran, Trammel və Roksinin San Fransisko gecə klublarından birində əylənməsi səhnəsidir. Burada Çikaqo ifaçısı “LaTour”un “Blue” və “Channel X” qrupunun "Rave the Rhythm" mahnıları səslənir. Eyni zamanda Cef Barri və Cenet DuBoisin ifa etdiyi "Movin' on Up" mahnısından da istifadə edilmişdir. Film musiqisinə eyni zamanda dindirilmə səhnəsi zamanı istifadə edilmiş musiqi də daxil edilmişdir.
Film musiqiləri albom şəklində 17 mart 1992-ci ildə satışa çıxarılmışdır. Cerri Qoldsmitin yazdığı musiqi genişləndirilmələr və əlavələrlə birgə 2004-cü ildə Prometheus Records tərəfindən satışa çıxrılmışdır.
“Əsas İnstinkt” filminə yazdığı müusiqiyə görə Qoldsmitə Qızıl Qlobus mükafatı.Basic Instinct soundtrack review at Filmtracks.com verilmiş, Oskar mükafatına nominant göstərilmişdir. Qoldsmit qeyd edirdi ki, bu onun var gücü ilə özünü göstəməyə çalışdığı işlərindən biri olmuşdur. Daha sonra isə bildirirdi ki, “Əsas İnstink bu vaxta kimi götürdüyüm ən mürəkkəb iş idi. Burada əslində real olmayan qatilin sirrini göstərmək lazım idi. Çox qeyri-adi, sirli obrazları ilə bu hekayə qarışıq və mürəkkəb bir hadisəni anladır. Rejissor Pol Verhovenin qadının necə olması ilə bağlı çox aydın fikirlıri var idi və mənim bunu musiqi ilə təsvir etmək üçün çox vaxtım yox idi. Çünki, Pol tez-tez mənə bildirirdi ki, mənim yazdığım ən yaxşı film musiqilərindən biri olacağına inanır. Bu doğrudan da belə oldu.” Velez, Andy. "Evening the Score" Jerry Goldsmith interview . Barnes & Noble. Retrieved 2013-06-05.
MPAA qiymətləndirməsi