() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Arealı Aralıq dənizi ölkələri, Balkan, Asiya, Cənubi Amerika, Çin və Çilidə təbii halda bitir.
Botaniki xarakteristikası Hündürlüyü 30 m-ə, gövdəsinin diametri 100 sm-ə qədər olan, enli, oval şəkilli və ya kürəvi çətirli ağacdır. Gövdəsinin qabığı qırmızımtıldır, tumurcuqları qatranlı deyil, iynəyarpaqları tünd-yaşıl, 10-15 sm uzunluqdadır. Alt yarpaqları yumurtavarı-neştərvarıdır, təpələri saçaqlı-kirpiklidir. Erkək qozaları çoxdur, xırdadır, silindrovan-uzunsov, sıx, yoğun sünbüllər əmələ gətirir. Qozaları tək-tək və ya iki-üçü bir yerdə yerləşir. Qozaların yoğun və kifayət qədər uzun ayaqcıqları var, onlar kürə şəkilli və ya oval şəkilli-kürəvi olub, dik dayanmışdır. Uzunluğu 8-9 sm, eni 6-8 sm, qalxancıqları qalın, bucaqlıdır, piramidal şişdir, işıqda parıldayır, az nəzərə çarpan, zəif görünən, köndələn, tili və bir neçə çıxıntısı vardır. Toxumları iri, uzunsov-tərs, yumurtavarı, bucaqlıdır, üzərində qalın, tünd-qonur, qırmızı rəngli, 18–20 mm uzunluqda pərdəciyi vardır, qanadlı və ya qanadsızdır. Quraqlığa davamlı və işıqsevən bitkidir, torpağa qarşı az tələbkardır. Tərkibində stearin, palmitin və digər yağ turşularının qliseridləri vardır, yağından boyalar hazırlanır. Yaşıllaşdırmada tək-tək və qrup halında əkilir.
Azərbaycanda yayılması Azərbaycanda Abşeron, Zaqatala, Kür-Araz ovalığı, Şəmkir və Lənkəranda rast gəlinir.
Sinonimləri Homotipik sinonimləri
Heterotipik sinonimləri
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Meyvə ağacları Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Çərəzlər Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları