Məzmun Adi günlərin birində neftçilərin briqadiri Marat (Fəxrəddin Manafov) sahədə olarkən dostu (Mikayıl Kərimov) onun yanına gəlir. Marat onu uşaqlıqdan tanıyırdı. O, xudbin, özünü sevən bir adam idi. Hətta Maratın sevdiyi qızı (Qalina Belyayeva) əlindən alıb onunla evlənmişdir. İndi də buraya elə-belə gəlməmişdi. Dost dissertasiya müdafiə etmək üçün mütləq mədəndə təcrübə işləri aparmalı idi. Guya bu təcrübə neft hasilatını qat-qat artıracaqdır. Lakin təcrübə keçirilən müddətdə cari planı təhlükə altına qoyacaqdı. Dostun vaxtilə ona etdiyi xəyanətə baxmayaraq, Marat təcrübəni keçirməyə icazə verir...

Film sosial və mənəvi problemlərə toxunmaqla yanaşı, gənclərin dünyagörüşündən, onların həyat mövqeyindən danışır. Burada həyata baxışlar, işlər, məhəbbət, dostluq, xarakterlər toqquşur, qorxaqlıqla cəsarət, yalanla həqiqət bir-biri ilə mübarizə aparır. Gənc fəhlə ümumi vacib işin naminə şəxsi maraqdan yüksəkdə durur.

Film haqqında Film aktyor Ruslan Nəsirovun kinoda ilk işidir.

Filmin heyəti

Film üzərində işləyənlər Ssenari müəllifi: Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Rasim Ocaqov Quruluşçu operatorlar: Rafiq Qəmbərov (Rafiq Qənbərov kimi), Yuri Vorontsov Quruluşçu rəssam: Fikrət Bağırov Bəstəkar: Emin Sabitoğlu Səs operatoru: Vladimir Savin Rejissor: Ramiz Əliyev Operator: Nemət Rzayev Qrim rəssamları: Elbrus Vahidov, K. Pilyavski Montaj edən: S. Qədimova Geyim rəssamı: L. Moşkina Dekor rəssamı: M. Suzdalov Rejissor assistentləri: Zəfər Murtuzov, Q. Kallinskaya, Maarif Məhərrəmbəyli Operator assistentləri: Aydın Mustafayev, V. Romanov, V. Ağacanov Rəssam asistentləri: A. Məmmədov, Y. Kirşner Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Orkestri Dirijor: K. Krimeç Redaktor: A. Bessmertina, Nadejda İsmayılova Filmin direktoru: Gennadi Lapşuk, Davud Zöhrabov

Rollarda Fəxrəddin Manafov(Fərhad Manafov kimi)-Marat Qalina Belyayeva-Vika Mikayıl Kərimov-Dost Stanislav Sadalski-Kamil Abbas Kazımov-Mirzə Aleksandr Kalyagin-Gena Qalina Polskix-Matiss Məbud Məhərrəmov-Alik Tofiq Şabanov-Vaqif Həsənağa Turabov-İdarə rəisi Tahir Yaxın (Tahir Yaxin kimi)-"Kroşka" Tamara Urjumova-Maratın anası Natəvan Məmmədova-Qız Ruslan Nəsirov-Marat (uşaq) Xəzri Rəhimov-Rüfət (uşaq) Maksim Şvedov-Yurka İ. Əkbərov Nadir Əzməmmədov V. Voynova Tərlan Qorçiyev Rafiq Kərimov Cavan Zeynallı-Müğənni Y. Kovalenko Ötkəm İsgəndərov-Səfər Nikolay Kuzmin Dadaş Kazımov-Fəhlə-neftçi Fikrət Məmmədov-Maratı döyən Muxtar Maniyev-Qonşu Rafiq Əliyev (II)-Maratın dostu (titrərdə yoxdur) Elbrus Vahidov-Rəqs edən (titrərdə yoxdur)

Filmi səsləndirənlər Ramiz Məlikov-Maratı döyən (Fikrət Məmmədov) (titrlərdə yoxdur) Əminə Yusifqızı-Maratın anası (Tamara Urjumova) (titrlərdə yoxdur) Rasim Balayev-Dost (Mikayıl Kərimov) (titrlərdə yoxdur) Əliabbas Qədirov-Kamil (Stanislav Sadalski) (titrlərdə yoxdur) Zemfira Sadıqova-Katibə (titrlərdə yoxdur) Eldəniz Rəsulov-Mirzə (Abbas Kazımov) (titrlərdə yoxdur) Pərviz Bağırov-Nəzarətçi (titrlərdə yoxdur) Səməndər Rzayev-Gena (Aleksandr Kalyagin) (titrlərdə yoxdur) Sofa Bəsirzadə-Genanın anası (titrlərdə yoxdur) Zərnigar Ağakişiyeva-Matiss (Qalina Polskix )(titrlərdə yoxdur) Ramiz Əzizbəyli-Alik (Məbud Məhərrəmov) (titrlərdə yoxdur) Nəcibə Hüseynova-Sevda (titrlərdə yoxdur) Sona Mikayılova-Vika (Qalina Belyayeva) (titrlərdə yoxdur)

Festivallar və mükafatlar 1)1984-cü ildə Kiyevdə XVII Ümumittifaq kinofestivalı Filmə təşkilat komitəsinin Diplom və Prizi verilmişdir.

Mənbə Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 304. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 278-298. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 815.

Xarici keçidlər Filmi izlə

Filmin musiqisi left|thumb|Musiqi-1

Kateqoriya:1983-cü ilin Azərbaycan filmləri Kateqoriya:Dram filmləri Kateqoriya:Məhəbbət filmləri Kateqoriya:Rasim Ocaqovun filmləri Kateqoriya:"Lenfilm"in filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:Azərbaycanca filmlər Kateqoriya:SSRİ-nin dram filmləri