Güzdək — Azərbaycan Respublikasının Abşeron-Xızı iqtisadi rayonunun Abşeron rayonunun Güzdək qəsəbə inzibati ərazi dairəsində qəsəbə, Güzdək qəsəbə inzibati ərazi dairəsinin mərkəzi.
Coğrafiyası
Güzdək qəsəbəsi rayon mərkəzindən — Xırdalan şəhərindən 10 km cənub-qərbdə, Abşeron yarımadasında yerləşir.
Tarixi Qəsəbənin ərazisi keçmişdə Abşeron kəndlərinin qışda qoyun saxladıqları yer idi. Oradakı ağıllar (yerli əhali arasında xəmbək adlanır) indi də qalmaqdadır. Oykonim türk dillərində geniş yayılmış güz/küz (payız) sözündən və məkan bildirən -dək/-lək şəkilçisindən ibarət olub, "payız otlağı, payız binəsi, payızlıq" mənasını daşıyır.
10 noyabr 1937-ci ildə şəhər tipli qəsəbə statusunu aldı.
Əhalisi Əhalisi 2400 nəfərdir. (2008).
İnfrastrukturu Qəsəbədə tam orta mәktәb, uşaq bağçası, ambulatoriya, poçt, ATS, kitabxana var.
Qəsəbədə "Rəsulullah" məscidi fəaliyyət göstərir.
İstinadlar
Kateqoriya:Abşeron rayonunun qəsəbələri