Yalavanc — Azərbaycan Respublikasının Quba rayonunun Buduq kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Yalavanc oyk, sadə. Dağətəyi ərazidədir. Oykonim qismən təhrifə uğramışdır. XIX əsrin əvvəllərində Yalavac Şabran düzündə qışlaq yeri kimi qeyd olunur. Sonralar Buduq kəndindən çıxmış ailələr qışlaqda məskunlaşaraq burada kənd salmış və onu qışlağın adı ilə adlandırmışlar. Tədqiqatçılara görə, oykonim özündə türkdilli qədim Samur tayfasının yalavac tirəsinin adını əks etdirir. Dədə Qorqud dastanlarında yalavac sözü “peyğəmbər” mənasmda işlənmiş, XIII əsrə aid mənbələrdə şəxs adı kimi qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 287 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri