Əlibəyli — Azərbaycan Respublikasının Tovuz rayonunun Əlibəyli kənd inzibati ərazi dairəsində kənd.

Toponimikası Kənd Qışlaq və Təpəbaşı adlanan iki hissədən ibarətdir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsi Əlibəy adlı şəxsə aid qışlaq yerində salındığı üçün belə adlandırılmışdır.

Tarixi

Tarixi abidələri Əlibəyli kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidələri qeydə alınmışdır: İnventar № Abidənin adı Tarixi Yerləşdiyi ünvan Növü Əhəmiyyət dərəcəsi1795Koroğlu qalası XVI əsrƏlibəyli kəndiArxeolojiÖlkə6051Qəbiristanlıq Orta əsrlərƏlibəyli kəndiArxeolojiYerli

Coğrafiyası və iqlimi Kənd Tovuzçayın sahilində, dağətəyi ərazidə, Ermənistan ilə sərhəddə yerləşir.

Əhalisi İl Daimi əhali Kişilər Qadınlar19992379118811912009↗2549↗1322↗1227

Rus çarlığı arxivlərindən məlum olur ki, kəndin əhalisi XIX əsrin əvvəllərində Tblisi quberniyasına bağlı Dəmirçihəsənli nahiyəsindəki Qacarlı kəndindən köçürülmüşdür.И.М.Мамедова. "Статистические описания щамщадильской и казахской дистанции" как источник для изучения истории населения Закавказья (первая треть ХІХ ст.)

Kənd əhalisi Birinci Qarabağ müharibəsində böyük qəhrəmanlıqlar göstərmişdir. Müharibə şəraitində yaşamalarına baxmayaraq heç kim kəndi tərk etməmiş, qadın və uşaqlar Tovuz rayonundakı "rus məktəbi" adlandırılan məktəbə köçmüş, kişilər isə kənddə qalaraq öz yurd–yuvalarını müdafiə etmişlər.

Bakı şəhərində yaşayan əlibəylilərin təşəbbusi ilə 1989-cu illərdə Əlibəyli xeyriyyə cəmiyyəti yaradılmış, kəndə həm maddi, həm də mənəvi dəstək göstərilmişdir.

İqtisadiyyatı Əhali əsasən heyvandarlıq və əkinçiliklə məşğuldur.

Mədəniyyəti Kənddə Əlibəyli kənd kitabxana filialı, Əlibəyli kənd klubu, Əlibəyli poçt şöbəsi (AZ6026) fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi tərəfindən "Qəhrəman kənd — Əlibəyli" adlı sənədli filmi çəkilib. Film Ermənistan ilə sərhəddə yerləşən, 1990-cı illərdə düşmən qüvvələrinin silahlı basqınlarına mərdliklə sinə gərən Tovuz rayonunun Əlibəyli kəndi haqqındadır. Filmin mərkəzində Əlibəyli kəndində yaşayan insanların göstərdikləri qəhrəmanlıq və fədakarlıq dayanır. Ekran əsərində o dövrün canlı şahidləri, əfsanəvi birinci batalyonun döyüşçüləri döyüş yollarından, ürəklərindəki Vətən sevgisindən, torpağa, elə–obaya olan məhəbbətlərindən danışırlar. Filmin layihə rəhbəri hərbi–vətənpərvərlik mahnılarının sevilən ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı, ssenari müəllifi Ehtiram İlham, rejissoru İlham Tumasdır.

Təhsil Kənddə Habil Vəliyev adına Əlibəyli kənd tam orta məktəbi fəaliyyət göstərir.

Bundan başqa kənddə Əlibəyli kənd körpələr evi–uşaq bağçası fəaliyyətdədir.

Din Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.

Səhiyyə Kənddə Əlibəyli həkim məntəqəsi yerləşir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

Kateqoriya:Tovuz rayonunun kəndləri Kateqoriya:Əlibəyli (Tovuz) kənd inzibati ərazi dairəsindəki yaşayış məntəqələri