Xırt — Azərbaycan Respublikasının Quba rayonunun Güləzi kənd inzibati ərazi dairəsində kənd. Güləzi bələdiyyəsinin tərkibindədir.

Toponimikası Xırt oyk., sadə. Yan silsiləsinin ətəyindədir. Tədqiqatçılara görə, oykonimin əsli Sırtdır. Qədim türk dillərində sırt "sıra dağlar", "yal", "yayla", "qaya", "yüksək sıldırım sahil" və s. mənaları bildirir. Bu coğrafi termin Orta Asiya, Qazaxıstan, Sibir, Volqaboyu, Ural, Qafqaz, Kiçik Asiya, Balkan toponimiyasında da işlənir. Xırt tat dilinin Qonaqkənd ləhcəsində "sıldırım qaya, dağ" mənasını bildirir. Lakin Quba rnunun toponimiyasında "sırt" termini (Sırt Çiçi) olduğu kimi də işlənməkdədir. Xırt isə qəd. türk dillərində "köhnə" mənasını, müasir türk dillərində isə xırt/xurt/qurt variantında "yaşayış məntəqəsi" mənasını bildirir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Xırd sözü fars dilində kiçik, zərrə, balaca mənasını bildirir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 145 nəfər əhali yaşayır. Əhalisi tatlardır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Quba rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Quba rayonunun kəndləri